Modern.az

Dağ Yəhudilərinin Yevda Abramovun yerinə deputatlığa YENİ NAMİZƏDİ

Dağ Yəhudilərinin Yevda Abramovun yerinə deputatlığa YENİ NAMİZƏDİ

15 Yanvar 2020, 17:03

Azərbaycanda yaşayan dağ yəhudilərini parlament seçkilərində təmsil edəcək namizəd qeydə alınıb.

 

Modern.az Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytına istinadən xəbər verir ki, yəhudiləri təmsil edən namizəd Rafailov Anatoliy Xaimoviçdir.

İxtisasca həkim olan Anatoliy Rafailov "Sağlam Ailə" Məhdud Məsuliyyətli Cəmiyyətində beynəlxalq əlaqələr üzrə ekspert kimi fəaliyyət göstərir.

 

Anatoliy Rafailovun namizədliyi 53 saylı Quba-Qusar Seçki Dairəsindən qeydə alınıb.

               

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır