Modern.az

MSK DSK-nın qərarını ləğv edib

MSK DSK-nın qərarını ləğv edib

Aktual

17 Yanvar 2020, 15:26

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən namizədliyini irəli sürən Müsavat partiyasının üzvü Nəsirov Niyaz Eynulla oğlunun müraciətinə baxılıb.

 

Modern.az xəbər verir ki, namizədin qeydə alınmaması ilə bağlı dairə seçki komissiyasının qərarı ləğv edilib. Komissiya üzvləri bildirib ki, namizəd sənədləri DSK-ya vaxtında təqdim edib və onun namizədliyinin qeydə alınmaması üçün heç bir əsas yoxdur:

 

“Sadəcə DSK namizədin qeydə alınmaması ilə bağlı qərarı namizədə çatdırmayıb. Problem onunla əsaslandırılıb ki, DSK-nın iş qrafiki gərgin olub və namizədi qeydə ala bilməyib”.

 

Nəticədə DSK-nın qərarı ləğv edilib və Nəsirov Niyaz Eynulla oğlunun namizədliyi qeydə alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir