Modern.az

Qonşudan qaçırdığı maşınıyla qəza törətdi

Qonşudan qaçırdığı maşınıyla qəza törətdi

Aktual

17 Yanvar 2020, 20:02

Gəncədə yeniyetmə qəza törədib.

 

Modern.az-ın məlumatına görə, hadisə şəhərin Tağı Arani küçəsində baş verib. Belə ki, 2005-ci il təvəllüdlü şəhər sakini Aqil Əsgərov qonşusunun "VAZ-21099" markalı avtomobilini icazəsiz götürüb və daha sonra qəza törədib. İdarəetməni itirən sürücü maşını yol kənarındakı səkiyə çırpıb.

Qəza zamanı yeniyetmə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı