Modern.az

Azərbaycanlı jurnalist vəfat etdi

Azərbaycanlı jurnalist vəfat etdi

19 Yanvar 2020, 15:00

Azərbaycanlı jurnalist Aynur Təhməzova (Aynur Eyvazova imzası ilə tanınırdı) xərçəng xəstəliyindən vəfat edib.

 

Modern.az  bildirir ki, həmkarımız Türkiyədə xəstəxanada dünyasını dəyişib. O, qan xərçəngindən əziyyət çəkirdi. Kimyaterapiyadan sonra ağciyərlər iflas edib. Cənazəsi bu gün Azərbycana yola salınacaq. Məlumatı Türkiyədəki jurnalist Sevil Nuriyeva paylaşıb.

 

1973-cü ildə anadan olan Aynur xanım Azərbaycan mətbuatında "Yeni Müsavat" qəzeti, "Medifaorum" saytı və digər mətbuat orqanlarında fəaliyyət göstərib.

 

Allah rəhmət eləsin!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır