Arxiv
19 Yanvar 2020, 16:27 | AKTUAL
Dövlət qulluğuna qəbulla bağlı İRADLARA RƏSMİ CAVAB

"Dövlət qulluğu haqqında" Qanuna görə, dövlət qulluğuna qəbulun birinci mərhələsi test üsulu ilə həyata keçirilir. İkinci mərhələdə isə Dövlət Qulluğu Komissiyası, vətəndaşın işə düzəlmək istədiyi müvafiq qurumun mütəxəssisi və müstəqil ekspertin iştirakı ilə video çəkilişlə müsahibəsi aparılır.

 

Azərbaycan cəmiyyətində dövlət qulluğuna qəbulla bağlı müxtəlif və birmənalı olmayan yanaşmalar mövcuddur. Dövlət qulluğuna qəbulun birinci mərhələsindən keçənlər əksərən ikinci mərhələni adlaya bilmirlər.

Qarşı tərəfdən aidiyyatı olmayan suallar verildiyini iddia edilir. Məhz buna görə də, bütövlükdə cəmiyyət, parlamentarilər, ekspertlər ikinci mərhələnin ləğvini təklif edirlər.

 

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, müsahibələrdə uğur qazanan şəxslərin müvafiq vəzifəyə təyini “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq həyata keçirilir:

 

“Qanunun 28-ci maddəsinə əsasən bir vəzifə üzrə bir neçə şəxs müsahibədə uğur qazanıbsa, dövlət orqanı rəhbəri onlardan birini müvafiq vəzifəyə təyin etməlidir. Mərkəz dövlət qulluğuna qəbul üzrə keçirilən müsahibələrdə uğur qazanan şəxslərin, o cümlədən vakant vəzifə üzrə uğur qazanan tək namizədin müvafiq vəzifəyə təyin edilməsi məsələsini diqqətdə saxlayır. Mərkəzin fəaliyyəti dövründə ştatların ixtisarı halı istisna olmaqla vakant vəzifə üzrə müsabiqədən uğurla keçmiş, lakin həmin vakant vəzifəyə təyin edilməyən namizəd olmayıb”.

 

Rəsmi məlumata görə, 2018-2019-cu illər ərzində müsahibələrdə, o cümlədən müsabiqənin müsahibə mərhələsində və ümumi müsahibələrdə iştirak edərək uğur qazanan, müvafiq dövlət qulluğu vəzifəsinə təyin edilən şəxslərin sayı 2145 nəfərdir:

 

“Həmin şəxslərdən 1710 nəfər müsabiqə, 435 nəfər ümumi müsahibə yolu ilə dövlət qulluğuna qəbul edilib. Dövlət qulluğuna qəbul olunan şəxslərin 1659 nəfəri müsahibə üzrə iddia etdiyi vəzifəyə, 486 nəfər öz razılığı ilə iddia etdiyi vəzifəyə analoji olan digər dövlət qulluğu vəzifəsinə təyin edilib”.

 

Qeyd edilib ki, bir vəzifə üzrə bir neçə namizəd müsabiqədən uğurla keçdikdə, onlardan biri təyin olunur və vəzifəyə təyin edilməyən digər şəxslər həmin orqan üzrə ehtiyat kadrlar siyahısına daxil edilir:

 

“Həmin şəxslər iki il müddətində ehtiyat kadr kimi saxlanılır. Bu müddət ərzində həmin dövlət orqanında analoji vakant vəzifə olduqda, namizədlər onların razılığı ilə həmin vəzifələrə təyin edilir. Bildiririk ki, 2018-2019-cu illər ərzində ehtiyat kadrlar siyahısından dövlət qulluğu vəzifələrinə təyin edilən şəxslərin sayı 271 nəfərdir”.

 

Şəxslərin müddətli əmək müqaviləsi əsasında dövlət qulluğu vəzifələrinə təyin edilməsi məsələsinə gəldikdə, sorğuda bildirilib ki, Mərkəz tərəfindən Dövlət Qulluqçularının Reyestri Elektron Sistemi vasitəsi ilə dövlət orqanlarında vakant olan inzibati dövlət qulluğu vəzifələri mütəmadi öyrənilir:

 

“Vakant dövlət qulluğu vəzifələri barədə Mərkəzə məlumatın verilməməsi halları müəyyən edildikdə qanunvericiliyə uyğun olaraq tədbirlər görülür, o cümlədən həmin vəzifələrin tutulması barədə müvafiq qərarın verilməsi təmin edilir.

 

Əlavə olaraq qeyd edək ki, dim.gov.az saytı vasitəsilə daim ictimaiyyət üçün həm maarifləndirici, həm də statistik məlumatlar paylaşılır. Saytın “Dövlət qulluğu” bölməsində “dövlət qulluğuna qəbul”, “dövlət qulluğuna qəbul üzrə hesabatlar”, “ehtiyat kadrlar”, “sertifikat əldə etmiş namizədlər”, “test imtahanı proqramları”, “müsahibə elanları və vakant vəzifələr üzrə axtarış”, “müsahibə elanları” və s. altbölmələr yaradılıb və burada dövlət qulluğu ilə bağlı istənilən məlumatı əldə etmək olar”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Məişət tullantıları Sumqayıtda böyük ekoloji problem yaradır” - Deputat 31 May 2020, 11:25 "Azərbaycan Yəhudi Media Mərkəzi" yaradıldı 31 May 2020, 11:20 22 yaşlı gəlin kirayə qaldığı evdə ölü tapıldı 31 May 2020, 11:14 Deputatlar iclasa maskada gəldilər 31 May 2020, 11:08 Dünyanın bu ərazisində də koronavirus xəstəsi qalmadı 31 May 2020, 11:03 Ən çox və ən az vakant müəllim yerləri bu rayonlardadır - ADLAR 31 May 2020, 10:58 Həvəsləndirmə yerlərinin tətbiq olunduğu müəllim yerlərinin sayı açıqlandı 31 May 2020, 10:52 Azərbaycanda 14 bağlanmış bankın 11 milyon manatdan çox vergi borcu var 31 May 2020, 10:46 Hadisə yerindən qaçan sürücü tutuldu - RƏSMİ 31 May 2020, 10:40 Jurnalistlər Diaspor Komitəsinin pandemiya dövründəki işini belə QİYMƏTLƏNDİRDİLƏR 31 May 2020, 10:35 Pakistanda koronavirusa yoluxanların sayı kəskin artdı 31 May 2020, 10:34 Qəbələdə azyaşlı və heyvan sürüsü bataqlıqda köməksiz vəziyyətdə qalıb 31 May 2020, 10:30 2 azərbaycanlının öldürüldüyü dava ilə bağlı HÖKM VERİLDİ 31 May 2020, 10:25 Türkiyədəki azərbaycanlı gənclərin onlayn I Forumu təşkil edilib 31 May 2020, 10:20 Azərbaycanda ən çox bu fənlərin müəllimlərinə ehtiyac var - 7539 vakant yer müsabiqəyə çıxarılır 31 May 2020, 10:15 Cavanşir Feyziyev Şirinbulaq sakinləri ilə görüşüb - FOTO 31 May 2020, 10:15 Braziliyada yeni anti-rekord - bir gündə 30 min yoluxma 31 May 2020, 10:10 Dolların bu aya olan son məzənnəsi AÇIQLANDI 31 May 2020, 10:04 Cəbhədə vəziyyət gərgindir - Müdafiə Nazirliyi məlumat yaydı  31 May 2020, 09:58 UNEC-in 90 illik yubileyi ərəfəsində 9-cu ikili diplom proqramı haqqında müqavilə imzalanıb 31 May 2020, 09:55 Çində koronavirusa yoluxanların sayı 83 mini keçdi 31 May 2020, 09:49 Tramp “Böyük yeddilik”in sammitini təxirə saldı 31 May 2020, 09:43 Şərqdə muğam dəstgahlarının ilk ifaçısı - HƏYAT HEKAYƏSİ 31 May 2020, 09:40 Səudiyyə Ərəbistanı da koronavirusa görə Çini geridə qoydu 31 May 2020, 09:38 Deputat may ayı ərzində 700-dən çox seçici problemi dinlədi - FOTO   31 May 2020, 09:33 ABŞ-da qərargahlaşan şəbəkələr barədə ABŞ qərarı…  31 May 2020, 09:26 Rusiyada terrorçular belə məhv edildi - Video 31 May 2020, 09:22 Türkiyədən erməni kilsəsinə hücumla bağlı açıqlama 31 May 2020, 09:18 Avropa Birliyindən Trampa çağırış - Qərarını dəyiş! 31 May 2020, 09:14 Şəki küçələrində gəzən ayı ilə bağlı açıqlama - VİDEO 31 May 2020, 09:11 Yaddan çıxmış sənətkarlar: “Böyük dayaq”ın Yastı Salmanı - O, Xalq artisti adını niyə ala bilmədi?.. - FOTOLAR 31 May 2020, 09:10 Merkel G7-dən niyə imtina etdi? - Fikir ayrılığı  31 May 2020, 09:09 İrana qarşı yeni sanksiyalar tətbiq olundu 31 May 2020, 09:04 Estoniya karantin tələbi olmadan 22 ölkə ilə sərhədlərini açır 31 May 2020, 08:59 Meksikada koronavirusa yoluxanların sayı 87 min 500-ü keçdi 31 May 2020, 08:58