Arxiv
19 Yanvar 2020, 17:14 | AKTUAL
İstanbulda 20 Yanvar şəhidləri yad edilib - FOTOLAR

İstanbulda şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi, Xəzər Folklor Təlim və Tədqiqat Mərkəzi (Hazarfem) və Türk Dünyası  Araşdırmaları Vəqfi Gənclər Təşkilatı tərəfindən birgə konfrans keçirilib.

 

Modern.az-ın məlumatına görə, tədbirdə Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun əməkdaşları, elm və mədəniyyət xadimləri, tanınmış ziyalılar, tələbələr və media nümayəndələri iştirak ediblər.

 

Tədbir iştirakçıları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilmiş faciə haqqında məlumatlandırılıb. Tədbirdə  bu şanlı günün Azərbaycanın tarixində çox mühüm yer tutmasından, 20 Yanvar tarixində Azərbaycan xalqına qarşı törədilmiş və əsl məqsədi milli azadlıq istəyini boğmaq olan bu cinayətə qarşı xalqın ortaya qoyduğu iradədən, Qanlı Yanvar şəhidlərinin əziz xatirəsinin bütün Türk dünyasının qəlbində daim yaşayacağından bəhs olunub.

 

Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunun Konsulu Xəyyam Daşdəmirov 20 Yanvar faciəsinin səbəbindən bəhs edib.

 

Mərasimdə 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş etdirilib. Tədbir İstanbul Universitetinin professoru Xəlil Bal, Mərmərə Universitetinin müəllimi Mehdi Gəncəli və Düzce Universitetinin müəllimi Gökmen Kılıçoğlunun məruzələri ilə davam edib. Alimlər 20 Yanvar faciəsini tarixi, ədəbi və siyasi aspektlərdən dəyərləndirərək iştirakçılara dolğun məlumatlar veriblər və iştirakçıların suallarını cavablandırıblar.

 

Sonda məruzəçilərə təşəkkür plaketləri təqdim edilib və iştirakçılara 20 Yanvar şəhidlərinin əziz xatirəsinə ehsan verilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə yenidən silkələndi 17 Fevral 2020, 00:56 Qaradağlı qətliamı: Bir gecədə 23 dinc sakin güllələndi 17 Fevral 2020, 00:37 Erməniyə qalib gələn Azərbaycan güləşçisi medal qazandı 17 Fevral 2020, 00:17 "Ermənilər dünyanın gözü qarşısında özlərini biabır etdilər" - Mübariz  Mənsimov 16 Fevral 2020, 23:53 Gənclər təlimlərə cəlb edildi 16 Fevral 2020, 23:36 Rusiyanın Türkiyədəki səfiri yenə ölümlə HƏDƏLƏNDİ 16 Fevral 2020, 23:18 Şəmkirdə ağır qəzada 3 nəfər öldü 16 Fevral 2020, 23:09 Turist təyyarəsi qəzaya uğradı 16 Fevral 2020, 22:51 AMEA zəlzələ barədə: "Təşviş yaratmağa ehtiyac yoxdur" 16 Fevral 2020, 22:34 Günəşlidə 32 yaşlı qadın bıçaqlandı 16 Fevral 2020, 22:14 Azərbaycanda yenə zəlzələ oldu 16 Fevral 2020, 22:00 “Ekologiya postu” sökülür - VİDEO 16 Fevral 2020, 21:48 Heydər Əliyev prospektində qəza: tıxac yaranıb 16 Fevral 2020, 21:33 "Neftçi" paytaxt derbisində "Keşlə"yə qalib gəldi 16 Fevral 2020, 21:19 Moldovada yaşayan gənc azərbaycanlıların I Forumu keçirilib - FOTO 16 Fevral 2020, 20:57 Rafael Ağayev növbəti qızıl medalını qazandı 16 Fevral 2020, 20:39 Elmar Məmmədyarov Belçikaya getdi 16 Fevral 2020, 20:18 Mətbuat Şurası icazəsiz aksiyada monitorinq aparıb 16 Fevral 2020, 20:04 Şamaxıda zəlzələ oldu 16 Fevral 2020, 17:54 Səbaildə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı 16 Fevral 2020, 17:51 İmişlidə turşudan zəhərlənən ailənin daha bir üzvü ölüb 16 Fevral 2020, 17:45 Dövlət başçılarının MÜNHEN DEBATI: Erməni mətbuatı Paşinyanı göyərçinə bənzətdi 16 Fevral 2020, 17:38 Azərbaycan və İran arasında turizm sahəsində əməkdaşlıq sazişi imzalanıb 16 Fevral 2020, 17:37 Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilib 16 Fevral 2020, 17:30 Tayvanda koronavirusdan ilk ölüm hadisəsi baş verib 16 Fevral 2020, 17:26 Məhərrəm Zülfüqarlı: Seçki şikayətlərinə baxılması üçün 3 gün azdır! 16 Fevral 2020, 17:21 Sınaq və buraxılış imtahanları keçirilib 16 Fevral 2020, 17:03 Bərdədə gənc oğlan dəm qazından zəhərlənərək öldü 16 Fevral 2020, 16:50 Saxlanılan və xəsarət alan olmayıb - BŞBPİ-dən bugünkü aksiya ilə bağlı AÇIQLAMA 16 Fevral 2020, 16:42 YAP-dan MSK-nın qarşısında keçirilən aksiyaya MÜNASİBƏT 16 Fevral 2020, 16:14 Məşhur “Survivor” bu gün başlayır - Yarışmaya ilk dəfə azərbaycanlı da qatılıb 16 Fevral 2020, 16:00 “İsgəndər Həmidov koma vəziyyətindədir” - AÇIQLAMA 16 Fevral 2020, 15:22 Mübariz Qurbanlı: “Məni dolaşdıra bilmədilər” - SÖHBƏT 16 Fevral 2020, 15:11 Azərbaycanlı və ruslar bazarda yer üstündə mübahisə etdi: 3 ölü, 1 yaralı 16 Fevral 2020, 14:52 Bakıda dünya kubokunun qalibi bəlli oldu - Fotolar 16 Fevral 2020, 14:48