Modern.az

İqbal Məmmədov Lerikdə şəhid ailələri və Qarabağ əlilləri ilə görüşüb - FOTO

İqbal Məmmədov Lerikdə şəhid ailələri və Qarabağ əlilləri ilə görüşüb - FOTO

Aktual

20 Yanvar 2020, 17:50

Bu gün 20 Yanvar hüzn günü ilə əlaqədar YAP Lerik Rayon Təşkilatında yaradılmış seçki qərargahının üzvləri ilə birlikdə Lerik şəhərindəki “Şəhidlər” abidə kompleksi ziyarət  olunub.

 

Modern.az xəbər verir ki, tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, hakim Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş, V çağırış Milli Məclisin deputatı İqbal Məmmədov, rayon ağsaqalları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

 

Tədbir iştirakçıları əvvəlcə Lerik şəhərinin girəcəyində yerləşən “Şəhidlər” abidə komleksinin önünə tər gül-çiçək dəstələri düzərək, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.


Daha sonra İqbal Məmmədov Lerik şəhərində yaşayan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə görüşüb.

 

İ.Məmmədov şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə söhbət zamanı cənab Prezident İlham Əliyev tərəfindən bu kateqoriyadan olan insanlara göstərilən qayğı və diqqət xüsusi ilə vurğulayıb.

 

Şəhid ailələri və Qarabağ əlilləri də onlara göstərilə yüksək qayğı və diqqətə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!