Arxiv
21 Yanvar 2020, 09:15 | ƏDƏBİYYAT
Abay Kunanbayevin “Qara Sözü” Modern.az-da - Üçüncü söz

Modern.az saytı qazax xalqının görkəmli ədəbiyyatçısı və mütəfəkkiri Abay Kunanbayevin 175 illiyi münasibəti ilə onun qələmə aldığı “Qara Sözü” təqdim edir.

 

ÜÇÜNCÜ SÖZ

 

Görəsən qazaxların içərisindəki pərakəndəlik,  bir-birini gözünü götürməməzlik, bir-birinə qarşı  bədxahlıq və qərəzçilik haradan qaynaqlanır? Niyə onları səmimi danışmazlar,  tənbəllik azarı canlarından çıxmasa da,  iş görənin də  gördüyü işi bəyənməz, ancaq  ağalıq etməyi,   əmr etməyi, sevirlər.? Müdriklər doğru deyiblər ki: tənbəl insan qorxaq və iradəsiz olar,  iradəsizlər-qorxaq və təkəbbürlü; təkəbbürlülər-  axmaq və cahil olur. Hər bir ağılsız nadan-  arsız olar; əbləh və yaltaq adamın  şərəfdən xəbəri olmaz, şərəfsiz adam da dostluğa etibarsız çıxar.

 

Bəzi tamahkar insanlar fikirləşirdilər ki, mal-qaranı çoxaldım, mal-qara sahibi olunca da el-obanın hörmətini qazanım. Lakin fikirləşmirlər ki,   torpağa könül versəydilər, ticarətlə məşğul olub, elmlərini artırmağa, sənətkarlığa üstünlük versəydilər, indi biz bu qədər miskin olmayacaqdıq. Hər bir mal saxlayan adam deyir ki, mal-qaram çox olsun, sonra da balaları üçün gün ağlamağa başlayır, deyir ki, balalrımın da mal-dövləti artsın. Mal-dövləti artırndan sonra ona baxmaq çətinləşir. Fikirləşir ki, bu qədər mal-qaranı tək idarə edə bilməyəcək, mal-qaraya, ilxıya baxmağa çoban axtarır,Özü də   kımızdan içir, ətini yeyib doyur, doyandan sonra gözləri gözəl  gəzir, ən gözəl atları minib çapır . Qışa yaxın baxır ki, mal-qaranı saxlamağa yeri yoxdur, qonşunun otlağına, tövləsinə, həyətinə göz dikir. Kənddə qazandığı  ad—sanına, nüfuzuna, gücünə, hörmətinə görə kimsə ona daha etiraz edə, söz deyə bilmir. Bu tüklənmiş qonşusunu sıradan çıxarır, kasıb qonşu da öz doğma ocağını atıb başqa yerə köçməyə məcbur olur.

Belə adamlardan  dost ola bilərmi? Eldə-obada kasıb çoxalanda, əməyin qiyməti də aşağı düşür. Kasıb evləri boşaldıqca, qışlaq yerləri də çoxalır.  O kasıb  mənim var-yoxdan olmağımı gözləyir, mən də onun kasıblamağını. Beləliklə qonşuluqda bir-birini həzm etməmək özünü büruzə verir,  yavaş-yavaş dostluq aradan gedir, iki qonşu bir biri ilə açıq düşmənçilik edir. Mübahisəni həll etmək üçün  qazilərin yanına gedirik, məhkəmələrdə savaşırıq, partiyalaşırıq, qaziləri, hakimləri pulla ələ alırıq, varlanmaq yarışında daha çox var-dövlət əldə etmək üçün mənsəblərə bölünürük.

 

Digər qonşusu ilə mübarizədə zərəçəkən,  “daha mal-qara saxlamağa gücüm çatmır”- deyib, öz təsərrüfatını yaratmayacaq, əmək sərf etməyəcək, onu nə torpaq, nə torpağın məhsulu, nə də bazara mal çıxartmaq  maraqlandırmayacaq. Çünki əməyini ucuz alan onutorpaqdan küsdürüb. Öz başını saxlamaq üçün  bu gün bir partiyaya,  sabah  başqa partiya  keçə-keçə özünü satacaq. Beləcə şərəf və ləyaqətini itirəcək. Oğrular isə tutulmayacaq.   
El bir olsa kəndçinin açıq qapısını yad  döyə bilməz. El iki yerə bölünəndə isə, adətən insanların çoxsu xalqdan oğurlayanın yanında olur. Buna görə də  oğru yanındakılara arxayın olaraq, talançılığa davam edir.

 

Aramızda elələri də var ki, elin təmiz adam haqqında “çapdı, taladı” yazanların sözünə inanıb, təqsiri olmayanı cinayətkar kimi göstərib donos, ərizə yazırlar. Bundan sonra  barəsində şikayət yazılanı  istintaqa da cəlb edirlər.  Yalandan yazılan donosu təsdiq etmək üçün  görmədiklərinə, eşidmədiklərinə   şahidlik edənlər də bu yalançı ittihamı təsdiq etmək üçün sıraya düzülürlər. Təki kimlərnsə maraqlarına xidmət etməyən o təmiz adamı seçkilərə  və yuxarı  vəzifəyə buraxmasınlar.  Əgər böhtana düşən adam, başını bu bəladan qurtarmaq üçün özündən yuxarıdakılarla  anlaşa bilməsə, onu ən yaxşı halda günahkar və məhkum kimi heç bir vəzifəyə irəli çəkməyəcəklər, ya da katorqaya göndərəcəklər. Ədalətsiz yerə məhkuum olunan həmin adam da bu gördüklərindən, başına gələnlərdən sonra  həyatda layiqli yerini tapa bilməyəcək. Hiyləgərliklə, mərdimazarlıqla , sadə adamların haqqını yeməklə  hakimiyyəti ələ keçirən adamlar elə bilirlər ki, ətrafda hamı onların özü kimidir. Belə fikirləşirlər ki, öz ətraflarında  özlərinə oxşayan adamların sayını artırsalar, cəmiyyətə xeyir verərlər. Daha fikirləşmirlər ki, bunlar ancaq ziyan verməyi bacarırlar.

 

İndi qazaxların içərisində yeni söz çıxıb: “İşi bilməz, kişi bilər”. Mənası budur ki, əgər işini düzəltmək üçün gedibsənsə, kişinin nə fikirləşdiyini öyrən, dilini tap, yolunu tap, işini gör”.


Bilirik ki, qaziləri üç illiyə seçirlər. Onu seçənlər “Məgər səni biz seçmədikmi?”,- deyərək  bir ilini ötürürlər.  İkinci  ili isə gələcək namizdələrlə mübarizəyə həsr olunur.  Üçüncü ildə seçkiqabağı həyəcanlar və mübarizələr başlayır ki, yenidən rəqiblərini arxada qoyub özü seçilə bilsin. Bəs yerdə nə qalır?  Öz məqsədlərinə çatmaq üçün qazax xalqını çirkli oyunlara çəkənləri  görəndə bu nəticəyə  gəldim ki: xalq üçün seçilən qazi hər şeydən əvvəl rus dilində təhsil almalıdır. Əgər belə bir namizəd tapılmasa, onda qazini üyezdnoy rəisi və ya qubernatoru özü təyin etsin. Bunun xalqa faydası daha çox olar.  Əvvəla şöhrətpərəst  qazaxlar o dəqiqə öz uşaqlarını aparıb rus dilini öyrənməyə qoyacaqlar ki, gələcəkdə uşaqları da vəzifə mənsəb sahibi olsun; ikincisi isə qubernatorun  təyinati ilə vəzifəyə gələn qazi  çalışacaq ki, xalqın minnətini götürməsin. Ancaq onu təyin edənlərə baş əyəcək. Belə olarsa, o zaman yalandan yazılan ərizələrin, şikayətlərin, yoxlamaların da sayı azalar. Biz  bu günə qədər kəndxudaların  qazi-hakimlərinin seçilməsinin çox şahidi olmuşuq. Bizim qazaxların içərisində ala qarğa bala çıxarmır, hər adam  ədaləti bərqərar edə bilmir.  Bunun üçün gərək  əcdadımızdan bizə miras qalan “Qasım xanın kəsə  yolun, Esim xanın köhnə yolun, Təykə xanın Kültöpenin başındakı “Yeddi qanunu” bilmək gərəkdir. Doğrudur , o qədim qaydalar, sözlərin çoxu indi zamanla uyğun gəlmir, bu qədim hədislərin qabağına gərək  yeni zamanaya uyğun qanunlar çıxara bilən  bir kişi olsun, heyif ki, aramızda beləsi də yoxdur.

 


Qazaxı yaxşı tanıyan köhnə kişilər belə deyirdi:

 

“İki qazi  bir yerdə olsa,  dörd dava olacaq”.  Nə qədər ki, iki qazi  bir-biri ilə dalaşacaqsa, hakimiyyət olmayacaq, qanun işləməyəcək.  Çünki dava yeni davalar gətirir. Qazilərin savaşını, mübahisə və davasını azaltmaq üçün,  qəzalardan, xalqın arasından üç nəfər hörmətli, sözükeçən adamı seçib , bir il müddətində mübahisələri həll etməyə, qəzanın, kəndin işlərin yönəltməyə təyin edirsən.   Və bundan sinra onların gördükləri işin nəticəsi və mahiyyəti elliklə müzakirə edilir və son sözü  qəzanın və kəndin ağsaqqalı deyir.  Və bu üç adamın içərisindən ikisini seçir, və sonra da bir nəfər vəkil seçilir. Bütün məsələləri iki qazi və bir vəkillə həll etmək lazımdır. Belə olanda heç kimin  haqqı tapdanmaz, mübahisəsi uzanmaz.

 

Tərcümə etdi: Aida Eyvazlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gördüyümüz tək şey xarabalıqlar idi - Bosniya kanalının Ağdamdan REPROTAJI 27 Fevral 2021, 13:39 "Euronews" Azərbaycanda yaşayan Dağ Yəhudiləri haqqında reportaj hazırlayıb – VİDEO 27 Fevral 2021, 13:34 Əfv komissiyasının iclası: 100-dən çox müraciətə baxıldı 27 Fevral 2021, 13:31 Prezident ona fərdi təqaüdü verəcək 27 Fevral 2021, 13:25 Əli Əsədov sərəncam İMZALADI 27 Fevral 2021, 13:19 Xarici jurnalistlər Füzulidə minatəmizləmə işləri ilə tanış oldu - VİDEO 27 Fevral 2021, 13:10 Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib 27 Fevral 2021, 13:06 Xarici jurnalistlər Füzuli və Cəbrayıldakı erməni vəhşiliyin öz gözləri ilə gördü 27 Fevral 2021, 12:53 Türkiyədə məktəblər bu tarixdə açılır 27 Fevral 2021, 12:46 Floridada Xocalı qurbanlarının xatirəsinə havaya şarlar buraxılıb 27 Fevral 2021, 12:37 Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub 27 Fevral 2021, 12:29 Ölkəmizdə əlillərə və şəhid ailələrinə yüksək dövlət qayğısı 27 Fevral 2021, 12:21 Cenevrədə Xocalı soyqırımına həsr edilmiş aksiya keçirilib 27 Fevral 2021, 12:14 Bazar günü 16 dərəcəyədək isti olacaq 27 Fevral 2021, 12:03 Bakıda keçirilən yarmarkalardakı bəzi məhsulların qiymətləri – SİYAHI 27 Fevral 2021, 11:53 Niderlandın Life24 kanalında Xocalı soyqırımından danışılıb 27 Fevral 2021, 11:39 Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır – Mehr agentliyi 27 Fevral 2021, 11:37 Ordudan sonra diplomatlar da Paşinyandan ÜZ ÇEVİRDİ 27 Fevral 2021, 11:16 Metronun “8 Noyabr” stansiyası istismara hazırlanır   27 Fevral 2021, 11:01 Şəhər rəhbərliyi qazi və şəhid ailələri ilə görüşüb 27 Fevral 2021, 10:53 Qubadlı rayonunun Əfəndilər kəndi - VİDEO 27 Fevral 2021, 10:42 Bu il şəhid ailələrinə və müharibə əlillərinə nə qədər ev veriləcək? - AÇIQLAMA 27 Fevral 2021, 10:33 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 27 Fevral 2021, 10:17 Bu gün Əfv Məsələləri Komissiyası növbəti müraciətlərə baxacaq 27 Fevral 2021, 10:01 Paşinyana qarşı qiyam qaldıran general kimdir... - ŞƏRH 27 Fevral 2021, 09:54 ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib 27 Fevral 2021, 09:38 İTBAŞI (17-ci bölüm) 27 Fevral 2021, 09:37 Cəsur döyüşçülər: “Əsir götürdüyümüz erməni deyirdi ki, “Azərbaycan əsgərini belə bilmirdik”” - FOTOLAR 27 Fevral 2021, 09:28 Səudiyyə vəliəhdi jurnalistin qətlinə göstəriş verib – ABŞ kəşfiyyatı 27 Fevral 2021, 09:22 Təyyarə qəzası: 3 ölü 27 Fevral 2021, 09:07 İsveçrə sakini lotereyada 210 milyon avro qazandı 27 Fevral 2021, 08:58 ABŞ Krımın ilhaqını heç zaman tanımayacaq - Co Bayden 27 Fevral 2021, 01:28 Dünyada koronavirusun olmadığı yerlər 27 Fevral 2021, 01:08 Ölkədə ictimai nəqliyyat iki gün işləməyəcək 27 Fevral 2021, 01:00 Bakıda gənc oğlanı maşın vurdu 27 Fevral 2021, 00:53