Modern.az

Deputatlığa namizəd Anar Məmmədovun seçicilərlə görüşü davam edir - FOTOLAR

Deputatlığa namizəd Anar Məmmədovun seçicilərlə görüşü davam edir - FOTOLAR

Aktual

21 Yanvar 2020, 10:26

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə deputatlığa namizəd Anar Məmmədovun təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşü davam edir.

 

Modern.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının namizədi Anar Məmmədov Goranboy rayonunun Kələk, İşıqlar, Hazırəhmədli, Qarasucu və Göynüyən kəndində seçiciləri ilə bir araya gəlib.

 

Seçicilərlə görüşdə deputatlığa namizəd bildirib ki, mənsub olduğu partiyanın hədəfi hər bir azərbaycanlının hərtərəfli təminatıdır və artıq buna nail olunur.

 

Şəhid ailələri, ziyalılar və veteranlarla görüşən A.Məmmədov qarşısına qoyduğu əsas hədəfinin seçkilərdə qalib gəlmək və daim seçicilərinin hörmətini qazanmaq olduğunu bildirib.

 

Daha sonra namizəd şəhid ailələrinin evlərini ziyarət edib.

 

Şəhid ailələrinin hər bir azərbaycanlı üçün müqəddəs olduğunu deyən namizəd, hər zaman onların yanında olacağını özünə borc bildiyini qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?