Modern.az

Azərbaycanda ilk-Robot bankda işə başladı - FOTOLAR

Azərbaycanda ilk-Robot bankda işə başladı - FOTOLAR

Aktual

21 Yanvar 2020, 16:20

Azərbaycan Beynəlxalq Bankında (ABB) “IBA Bot” adlı robot fəaliyyətə başlayıb.

 

Bankdan Modern.az-a verilən məlumata görə, Bakı şəhəri Nizami küçəsi-67 ünvanındakı Müştəri Xidməti Departamentinə müraciət edən müştəriləri bundan sonra “IBA Bot” qarşılayacaq:

 

“Onların suallarını cavablandıracaq. Bank xidmət və məhsullarından istifadə zamanı müştərilərə istiqamət verəcək.

 

Azərbaycan Beynəlxalq Bankının müştəriləri “IBA Bot”un zəka və bacarıqlarına güvənə bilərlər. O, müştərilərlə çox asan və rahat ünsiyyət qura bilir. Onların simasını yadında saxlayır. Banka növbəti dəfə gələrkən müştəriləri adları ilə tanıyır. “IBA Bot” bank xidmət və məhsulları haqqında yetərincə məlumatlıdır. Müştərilər bütün suallarına ondan cavab ala bilərlər. Robot müştəriləri xidmət üçün müvafiq bölmələrə istiqamətləndirmək bacarığına sahibdir”.

 

Qeyd olunub ki, elektron növbə cihazı ilə inteqrasiyadan sonra müştərilər öz növbə nömrələrini də birbaşa “IBA Bot”dan alacaqlar. Eyni zamanda, robot gələcəkdə digər bank sistemlərinə də inteqrasiya edərək bəzi xidmətləri göstərə biləcək.

 

Azərbaycan Beynəlxalq Bankının Filiallarla iş departamentinin direktoru Emil Qədimov bildirib ki, xidmət ofislərində bu cür robotlardan istifadə, hazırda dünyanın bir çox banklarının istifadə etdiyi praktikadır:

 

“Yenilikçi bank olaraq biz də bu təcrübəni ilk dəfə ölkəmizə gətirdik. “IBA Bot” adlı yeni əməkdaşımızla ünsiyyət, onun köməyindən istifadə müştərilərimiz üçün faydalı olacaq”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir