Modern.az

Hadi Rəcəbli gənclərlə görüşüb - FOTO

Hadi Rəcəbli gənclərlə görüşüb - FOTO

21 Yanvar 2020, 18:59

Lənkəranda YAP-ın gənclərdən ibarət böyük bir qrupunun 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizəd Hadi Rəcəbli ilə görüşü keçirilib. 

 

Modern.az xəbər verir ki, görüşdə Hadi Rəcəblinin tərcümeyi-halı, fəaliyyəti ilə bağlı kiçik həcmli video materiallar göstərilmişdir.  Hadi Rəcəbli geniş və hərtərəfli çıxışında ölkədə gedən sosial-iqtisadi proseslərdən, gənclər siyasəti ilə bağlı işlərdən və perspektivlərdən  geniş məlumat verib.

 

O siyasi mübarizələrdə yalan və iftiraların da geniş yer almasına toxundu.Daha sonra  gənc seçicilərə Hadi Rəcəblinin sosial şəbəkələrdə fəaliyyət göstərən rəsmi feysbuk və instaqram hesabları barədə məlumat verilib.

 

Çıxış edənlər onları düşündürən bir sıra məsələlərə xüsusi diqqət yetirdilər. Qaldırılan məsələlərin hər birinə deputatlığa namizəd aydınlıq gətirib.

 

Hadi Rəcəbli sosial-siyasətin passiv formadan aktiv formaya keçidi ilə bağlı möhtərəm prezidentimiz İlham Əliyev cənablarının qarşıya qoyduğu vəzifələrə də toxundu. O qeyd edib ki, gənclər siyasətinin önündə məşğulluğun , kiçik və orta sahibkarlığın inkişafı, milli-mənəvi dəyərlərə hörmət əsas prioritetlərdir. Çıxış edən seçicilər, böyük gənclər qrupunun seçkilərə cəlb olunmasından danışıb.

 

Qeyd olunub ki, Lənkəranda bir vaxtlar rayon komsomol təşkilatına uzun müddət rəhbərlik etmiş Hadi Rəcəblinin müsbət fəaliyyəti hətr kəsin diqqətindədir.Yekunda gənclər uzun illər ərzində seçicilərinin etimadını qazanmış  Hadi Rəcəbliyə səs verəcəklərini vurğulayıblar.Kəndlərdə də “YAP”-ın yerli gənclər təşkilatlarının bu işdə daha geniş fəallıq göstərəcəyi əlavə olunub.

 

Görüşün sonunda xatirə şəkli çəkilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi