Modern.az

Ağalar Vəliyev seçicilərlə görüşdü - FOTOLAR

Ağalar Vəliyev seçicilərlə görüşdü - FOTOLAR

Aktual

21 Yanvar 2020, 21:03

97 saylı Goranboy-Ağdam -Tərtər dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülən Ağalar  Vəliyevin  təbliğat və təşviqat kampaniyası uğurla davam etdirilir.

Modern.az  xəbər verir ki, təbliğat kampaniyası  ilə əlaqədar olaraq Vəliyev Ağalar İsrəfil oğlu 21 yanvar 2020-ci il trarixdə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsi, Yuxarı Ağcakənd qəsəbəsi,  Börü kənd,  Qaraçinar kənd və Yenikənd kənd  seçiciləri ilə görüşüb.

Hər iki görüşdə çıxış edən  YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov, qərərgah üzvləri - Novruz Sadıqov və Nöfəl Köçərli çıxış edərək görüləcək işlərdən danışıblar.

Aşağı Ağcakənd qəsəbəsində keçirilən görüşdə çıxış edən  kənd sakinlər - Hümbət Nəbiyev, Ramiz Alıyev, Qaraçinar kəndində çıxış edən qərargah   üzvləri  Nofəl Köçərli və İsgəndər Səklikov, kənd sakinləri Müşviq Əmirov və İkram Nağıyev A.Vəliyevə səs verəcəklərini qeyd ediblər.



Görüşdə vurğulanıb ki, Aşağı Ağcakənd  qəsəbəsində 346, Yuxarı Ağcakənd  qəsəbəsində 37,
Börü kəndində 58, Qaraçinar və Yenikənd  kəndində isə 308 nəfər seçici var.



Hər iki görüş 97 saylı Goranboy-Ağdam -Tərtər dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülən Vəliyev Ağalar İsrəfil oğlunun çıxışı ilə yekunlaşıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?