Modern.az

İlham Əliyev Davosda Gürcüstanın Baş Naziri ilə görüşdü

İlham Əliyev Davosda Gürcüstanın Baş Naziri ilə görüşdü

Aktual

22 Yanvar 2020, 20:51

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Gürcüstanın Baş Naziri Giorgi Qaxariya ilə görüşü olub.

Modern.az  xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub.

Ölkələrimizin iştirakı ilə qlobal və regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinin önəmi vurğulanıb. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətinə toxunulub.

Bildirilib ki, yanvarın 21-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiya üçün yeni baxış – dayanıqlı inkişaf üçün tərəfdaşlıq” mövzusunda keçirilən iclasda bu layihənin önəmi qeyd edilib və onun yeni əməkdaşlıq formatının yaradılmasında xüsusi rolu vurğulanıb.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır