Modern.az

Bu təşkilatlar seçkilərdə exit-poll aparmaq üçün müracit edib - MSK

Bu təşkilatlar seçkilərdə exit-poll aparmaq üçün müracit edib - MSK

Aktual

23 Yanvar 2020, 10:48

Bir neçə təşkilat Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində exit-poll keçirmək üçün müraciıt edib.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.


R.Qasımov bildirib ki, exit-poll keçirmək istəyən təşkilatlar qanunvericiliyə görə səsvermə gününə 20 gün qalmış Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etməlidir:

 

“Artıq bu müddət başa çatıb və exit-poll keçirmk istəyən təşkilatların müraciətləri Mərkəzi Seçki Komissiyasına daxil olub. Hazırda MSK bununla bağlı iş aparır. Yaxın günlərdə sənədlərini tam olaraq MSK-ya təqdim edən təşkilatların məlumatları KİV-lərə təqdim ediləcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir