Modern.az

Onlar seçki bülletenində bitərəf kimi qeyd olunacaq - MSK sədri

Onlar seçki bülletenində bitərəf kimi qeyd olunacaq - MSK sədri

Aktual

23 Yanvar 2020, 17:46

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında siyasi partiyalara xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, MSK sədri bəzi yerlərdə siyasi partiyaların nümayəndələrinin qeydə alındığını diqqətə çatdırıb:

 

“Onlar özlərinin hansısa siyasi partiyaya mənsub olduğunu göstəriblər. Qanunvericiliyin tələbinə görə, əgər onlar siyasi partiyadan kənarlaşdırılırsa, siyasi partiya üzvlüyünə partiya tərəfindən xitam verilirsə, bununla bağlı həmin siyasi partiya MSK-ya məlumat verməlidir. Partiya məlumat verdiyi halda o şəxslərin partiya mənsubiyyəti göstərilmir, bitərəf kimi qeyd olunur. Bununla bağlı MSK-ya bəzi partiyalar bu cür məlumatlar göndəriblər. Beləliklə, məlumatlar təqdim olunduğu şəkildə, həmin şəxslər həm MSK-nın bazasında, həm də seçki bülletenində bitərəf kimi qeyd olunacaq. Bu barədə növbəti iclasımıza qədər partiyalar bizə məlumat verməlidir".

 

Komissiya sədri onu da qeyd edib ki, Seçki Məcəlləsinə uyğun olaraq, seçkilərə azı 10 gün qalmış bülletenlər hazırlanmalıdır:

 

“Biz yaxın bir neçə gün ərzində bu prosesə başlayacağıq”.

 

Xatırladaq ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu