Modern.az

Kraliça “Brexit” sazişini təsdiqlədi

Kraliça “Brexit” sazişini təsdiqlədi

23 Yanvar 2020, 20:01

Böyük Britaniya kraliçası II Yelizaveta “Brexit” sazişini təsdiqləyib.

Modern.az  xəbər verir ki, bununla da Boris Conson hökuməti tərəfindən hazırlanan sənəd qanuni statusunu alıb və krallığın yanvarın 31-də Avropa İttifaqının (Aİ) tərkibindən çıxması üçün bütün əsas mərhələlər başa çatıb.

Bundan sonra sazişin Aİ tərəfindən rəsmiləşdirilməsi üçün daha bir neçə proses həyata keçirilməlidir.

Qeyd edək ki, Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxmasını nəzərdə tutan "Brexit" prosesi ilə bağlı 2016-cı ildə referendum keçirilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi