Arxiv
24 Yanvar 2020, 16:14 | MƏDƏNİYYƏT
“Əli və Nino”nun mübahisəli müəllifi olan AXC səfiri kimdir? - TARİX

“Onun çöhrəsi indiki kimi gözümün qabağındadır. Ah, necə gözəl, necə alicənab, necə namuslu, necə halal adam idi Yusif... Heyif  Yusifdən,çox heyif! Necə istiqanlı, necə mehriban, necə zəkalı oğlan idi...Yusif o qədər nurlu, o qədər şən adam idi ki, qapıdan girəndə elə bil evimizin işığı artırdı”. Professor Şövkət Məmmədova

 

Gənc ictimaiyyətimiz Y.V.Çəmənzəminlini daha çox istedadlı yazıçı kimi tanıyır, o isə həm də bacarıqlı siyasi xadim, mahir diplomat, qabiliyyətli publisist, bir sözlə, fəal vətəndaş olub. Təxəllüsü atasının doğma kəndi olan Çəmənzəminin (Cənubi Azərbaycan) adı ilə bağlıdır. ( Başqa və daha dəqiq hesab olunan versiyaya görə, təxəllüs Çəmənzəmin kəndindən Şuşaya gəlmiş 3 qardaşın şərəfinə qəbul olunub) . Qardaşlar Cənubi Azərbaycanın Çəmənzəmin kəndindən aclıq əlindən baş götürüb Şuşaya gəlmişdilər. Məşədi Mirbaba onlara əl tutmuş, öz həyətində sığınacaq verib himayəsinə almışdı. Onlar ailədə 3 qardaş olublar. Amma heç birinin məzarı yoxdur. Özü sürgündə-Nijni Novqorod həbs düşərgəsində vəfat etdiyi üçün harda dəfn olunduğu bilinmir. Qardaşlarının biri Parisdə, digəri Şuşada basdırıldı. Yəni,bizim üçün heç birinin məzarı yoxdur.

 

Çəmənzəminlinin son məktubu: “Əli və Nino”nu necə qorumaq istəyirdi?

Yusif Vəzir Çəmənzəminli Sibirə sürgün ediləndən sonra Bakıda qalan ailəsi çox əziyyət çəkir. Məcburiyyət qarşısında qalıb bir neçə dəfə yaşadıqları evi dəyişməli olurlar. Bakıda ilk açdıqları qapı isə Yusif bəyin  xanımı Bilqeyisin anası Kiçikxanımın yaşadığı ev olur. Kiçikxanım Yusif Vəzirin əlyazmalarını özünün sandığında gizləyir.  Yusif Vəzir məktublarını “sizin Əli” imzası ilə yazırdı.Yazıçının oğlu Orxan Vəzirov atası ilə bağlı yazdığı xatirələrində Yusif Vəzirin bu imza ilə məşhur “Əli və Nino” əsərinə işarə etdiyini bildirib. “Əli və Nino”nun müəllifliyi isə artıq yetmiş ildən çoxdur ki, həll olunmamış qalır. Amerikalı B.Bleyer əsəri Y.V.Çəmənzəminliyə aid etmək üçün 101 ehtimal irəli sürür.

 

Cümhuriyyət və Yusif Vəzir Çəmənzəminli...

AXC hökumətinin Yusif Vəzirə, həmçinin yazıçının da gənc dövlətə münasibəti hər zaman yaxşı olub. O, ilk növbədə F.X.Xoyskinin rəğbətini qazanmışdı. Bu səbəbdən Xoyski tərəfindən ona vacib missiya tapşırılır. O, Ukrayna ilə Azərbaycan arasında münasibətləri bərpa etmək və Azərbaycan tarixini, ədəbiyyat və  mədəniyyətini orada təbliğ etməli idi. O, Ukraynada səfir olmasına baxmayaraq, məvacib almırdı.Hökumət diplomatik nümayəndə kimi ona maaş təyin etməmişdi.  Kirayə qaldığı evin pulu güclə ödəyirdi. Bu vaxt Yusif bəyin cəmi 32 yaşı vardı. Yusif Vəzir Bakıya çox çətinliklə qayıdır. O, Nəsib bəyin qəbulunda olarkən İstanbulda Azərbaycan səfirliyi açılması təklifini səsləndirir. Bu təklif etirazla qarşılanmır. Beləliklə, 1919-cu ildə səfirlik fəaliyyətə başlayır. 1921-ci ilin əvvəllərinədək bu vəzifədə çalışıb, sonra Fransaya gedərək 4 il orada yaşayıb. O zaman vərəmdən əziyyət çəkən qardaşının(Mirinin) xilası üçün Parisdə fəhləlik edib.

Çəmənzəminli Mir Cəfər Bağırovun qara siyahısının əvvəlində gələn 4 ziyalıdan biri idi. Buna görə də ittifaqdan onun payına düşəcək evi yazıçıya vermədilər. Onun həbs edilməsində o vaxtın əsas reytinqli orqanı olan Azərbaycan Yazıçılar İttifaqının rolu çox oldu. Yazıçılar İttifaqı Y.Vəzirin illərlə gözlədiyi 3 otaqlı mənzili tikilib hazır olduğu ərəfədə “öz qruplarında” olan şəxsə verirlər.

 

“Hər bir məmləkətin yaxşı və pisliyi onun qanunu ilə bilinir”

Yusif Vəzir Çəmənzəminli 8 illik həbs cəzasının üçüncü ilində-1943-cü il yanvar ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində vəfat edir. 1956-cı ildə Yusif Vəzirə bəraət verildi. Sürgündən heç bir əşyası doğmalarına gəlib çatmadı. Onun keçdiyi həyat yolunun səhifələrini vərəqləyəndə, əmin olursan ki, ədib məşələ dönmüş bir ömür yaşayıb. O məşəlin işığını isə həmişə çox sevdiyi xalqının maarifi,müstəqilliyi,azadlığı yolunda yandırmışdır.

 

Firayə ALLAHVERDİYEVA

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kasilyas idmançı karyerasını bitirdi 20 Fevral 2020, 00:46 Ukraynadan Donbasla bağlı açıqlama 20 Fevral 2020, 00:27 Dünyanın ən çox hərbiləşdirilmiş ölkələri: Azərbaycan 10-cu yerdədir 20 Fevral 2020, 00:13 Batan  miqrant qayığında 14 nəfər öldü 19 Fevral 2020, 23:54 ABŞ-da gənc reper qətlə yetirildi 19 Fevral 2020, 23:38 Paşinyan yenə Qarabağa gəlir 19 Fevral 2020, 23:29 Gəncədə reyd zamanı 160-dan artıq sürücü cərimələndi 19 Fevral 2020, 23:14 Qızılın qiyməti 7 illik rekordu yenilədi 19 Fevral 2020, 22:54 10 yaşlı uşaq 5 ayda 250-dən çox kitab oxudu - VİDEO 19 Fevral 2020, 22:40 Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTOLAR 19 Fevral 2020, 22:25 Bakıda dava zamanı iki nəfər bıçaqlanıb 19 Fevral 2020, 22:12 Bakıda çoxmərtəbəli binada yanğın söndürülü 19 Fevral 2020, 21:54 Azərbaycanlılarla ermənilər arasında kütləvi dava 19 Fevral 2020, 21:42 Təbriz komandası İran kubokunda rəqib tanımır 19 Fevral 2020, 21:28 Bakıda avtomobil yolu keçən piyadanı vurdu 19 Fevral 2020, 21:14 Jurnalist hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edəcək 19 Fevral 2020, 21:11 Sumqayıtda sevgilisi ilə mübahisə edən kişi özünü ağzından güllələdi 19 Fevral 2020, 20:49 Sumqayıtda bu binalar söküləcək 19 Fevral 2020, 20:36 İrəvan Qarabağ erməniləri üçün “işarə qoymaq” istəyir - Brayza 19 Fevral 2020, 20:22 Gürcüstan Ermənistanla hərbi əməkdaşlığı müzakirə etdi 19 Fevral 2020, 20:06 Bakıda hündürmərtəbəli binada yanğın BAŞLAYIB 19 Fevral 2020, 19:58 “Putin bunu etsə, Qərbdən heç nə ilə fərqlənməyəcək” 19 Fevral 2020, 19:54 İranda koronavirusa yoluxan iki nəfər öldü 19 Fevral 2020, 19:42 Naftalanda hesabat iclası keçirildi 19 Fevral 2020, 19:33 Bakıda torpağın və bağ evlərinin qiyməti ucuzlaşıb 19 Fevral 2020, 19:23 “Elmi dərəcələrin verilməsində MDB ölkələrinin təcrübəsindən yararlanırıq” - AAK sədri 19 Fevral 2020, 19:08 Ombudsman Nərmin cinayətinə görə həbs edilən İlkin Süleymanova baş çəkdi 19 Fevral 2020, 18:46 Dairə Seçki Komissiyasının sədri vəfat etdi 19 Fevral 2020, 18:30 Dəmir yolu stansiyasında partladıcılar tapıldı - FOTO 19 Fevral 2020, 18:21 Əbülfəs Qarayev Böyük Britaniyada görüşlər keçirib 19 Fevral 2020, 18:10 Putin maaşının azlığından şikayətləndi 19 Fevral 2020, 18:03 İlham Əliyev Romada Nizami Gəncəvinin abidəsini ziyarət etdi 19 Fevral 2020, 17:55 ABŞ-ın keçmiş səfiri və həmsədri Azərbaycanda görüşlər keçirir 19 Fevral 2020, 17:53 Rusiyada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təxribat aradan qaldırıldı 19 Fevral 2020, 17:50 Xəzərdə zəlzələ olub 19 Fevral 2020, 17:45