Modern.az

“Zəhmətə qiymət vermək ən böyük alicənablıqdır” – Jalə Əliyevanın vəkili – FOTOLAR

“Zəhmətə qiymət vermək ən böyük alicənablıqdır” – Jalə Əliyevanın vəkili – FOTOLAR

25 Yanvar 2020, 13:33

92 saylı Zərdab-Ucar Seçki Dairəsindən deputatlığa namizəd, professor, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva Zərdab rayonunda seçicilərlə görüşlərini davam etdirir.

 

Modern.az xəbərverir ki, millət vəkilinin bu dəfə görüşləri, yanvarın 24-də Zərdabın  Pərvanlı, Məmməqdqasımlı, Lələağacı, Gödəkqobu və Yarməmmədbağı  kəndinin sakinləri ilə  Pərvanlı kəndində keçirilən görüşləri də izdihamlı və çoşqulu keçib.

Qeyd edək ki, görüşdən əvvəl isə deputatlığa namizəd tərəfindən Pərvanlı kəndində 1995-ci ildə şəhid olmuş Emin İbadovun evi, ailəsi ziyarət olunub.

 

Şəhidin ailə üzvləri ilə çay süfrəsi arxasında səmimi söhbət olub.

Onu da qeyd edək ki, şəhidin ailəsinin yaşadığı küçə onun-Emin İbadovun adını daşıyır.

Şəhid ailəsini ziyarətdən sonra deputatlığa namizədin seçicilərlə görüşü keçirilib

Bu görüşə əvvəlki görüşlərdən də daha çox sayda insan qatılıb.

Bu görüş deputatla seçicilər arasında yaranan etimad, etibar, ünsiyyət körpüsünün bariz nümunəsinə çevrilən və isti ortamda keçən bir görüş olub.

Görüşdə çıxış edən kənd sakinləri ölkədə aparılan böyük islahatlardan, ölkə başçısı İlham Əliyevin diqqəti ilə Zərdab rayonunda gedən quruculuq işlərindən məmnunluq ifadə ediblər.

 

Sakinlər  son 15 ildə deputatın onları MM-də layiqincə təmsil etdiyi, Zərdabın problemlərini dönə-dönə səsləndirdiyi üçün təşəkkür ediblər.

“Zəhmətə qiymət vermək ən böyük alicənablıqdır”.

Bunu isə çıxışı zamanı deputatlığa namizədin vəkil Böyükkişi Qasımov səsləndirib.

 

Vəkilin deputatlığa namizəd haqda səsləndirdiyi bu söz isə görüş iştirakçıları tərəfindən gur alqışlarla qarşılanıb və onlar bir nəfər kimi “Biz onun zəhmətini bilirik və mütləq qiymətini alacaq”-deyiblər.

Görüşdə millət vəkilinin MM-dəki fəaliyyətini əks etdirən vidofilm nümayiş etdirilib.

Görüşdən sonra isə uzun müddət davam edən xatirə fotoları çəkdirilib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır