Modern.az

Zəlzələ bölgəsindəki azərbaycanlı tələbə: “Biz zərərçəkənlərə kömək edirik...”

Zəlzələ bölgəsindəki azərbaycanlı tələbə: “Biz zərərçəkənlərə kömək edirik...”

25 Yanvar 2020, 14:46

Türkiyənin Elazığ bölgəsində baş verən zəlzələ ilə əlaqədar olaraq orada təhsil alan azərbaycanlı tələbələr əziyyət çəkir.
 
Axşam saatlarında 6.8 bal gücündə baş verən zəlzələdən sonra imtahanlar ləğv edilib.


Mövcud vəziyyətlə bağlı Modern.az-a danışan  Elazığ bölgəsindəki Fırat Universitetində təhsil alan tələbə, tanınmış jurnalist  Elnarə Kərimovanın oğlu Araz Zamani çətin durumda olduqlarını deyib:


“Biz tələbələr hələ ki, heç kimə müraicət etməmişik. Gecə Türkiyədə “Qızıl Ay” Cəmiyyəti tərəfindən bizə su, yemək verildi. Şəhəri tərk etmək istəyirik, amma bilet almaq üçün pulumuz yoxdur. Azərbaycandan da ailələrimiz pul yollaya bilmir, çünki buradakı bankların heç biri işlək vəziyyətdə deyil. Yaxınlıqdakı şəhərlərdə də zəlzələ riski çox olduğundan məcbur şəkildə Azərbaycana qayıtmağımız mütləqdir”.

 

 


 
A.Zamani baş verən zəlzələ zamanı azərbaycanlı tələbələrin binadan insanların çıxarılımasına kömək etdiklərini də deyib:
“Zəlzələ baş verəndə ağlıma ilk gələn şey qonşuluqdakı yaşlı kişi oldu. Heç üst geyimimi geyinməmiş ona həyətə düşməkdə yardımçı oldum. Ümumiyyətlə, mən və digər azərbaycanlı tələbələr binadan insanların çıxarılmasına yardımçı olduq.


Bizim binanın yaxınlığında qaz borusu partladı və 7 mərtəbəli bir bina tamamilə yarasız hala düşdü. Bir qadın isə zəlzələnin həyəcanından özünü binaın 5-ci mərtəbəsindən atdı. Bir ata isə iki övladını xilas etmək üçün yıxılan divarın qarşısına keçdi, amma təəssüf ata da uşaqlar da dünyasını dəyişdi.


Demək olar ki, insanların çoxu şəhəri tərk edir, hamı qorxu içərisindədir”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...