Modern.az

“Bakıda Davos Forumunun regional mərkəzinin açılması investorlar üçün xoş bir siqanal ola bilər”

“Bakıda Davos Forumunun regional mərkəzinin açılması investorlar üçün xoş bir siqanal ola bilər”

28 Yanvar 2020, 09:57

Azərbaycan Prezidenti İlham Əliyevlə Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin görüşü zamanı ölkəmizdə Dünya İqtisadi Forumunun regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb.

 

Prezident İlham Əliyev Davos Forumu ilə mühüm sənədi imzalayan ilk ölkələr arasında olmağımızla fəxr etdyini bildirib:

 

“Bu, həqiqətən də bizim əlaqələrimizdə yeni səhifədir. Ümidvaram ki, gələcək keçmiş qədər uğurlu olacaq”.

 

Görüşdə o da vurğulanıb ki, bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir.

 

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı Natiq Cəfərli bunun reallaşacağı təqdirdə maraqlı layihə olacağını bildirib:

 

“Çünki Davos kimi dünyanın bir nömrəli iqtisadi forumunun regional nümayəndəliyinin Bakıda olması ən azından investorlar üçün xoş bir siqanal ola bilər. Xarici investorlar belə bir məlumatdan ürəklənərək, Azərbaycanda yatırım etmək üçün ciddi addımlar ata bilərlər. Amma bu yetərli deyil. İnvestorlar üçün istər qanunvericilik, istərsə də məhkəmə hakimiyyəti səviyyəsində daha xoş bir şəraitin yaradılmasına ehtiyac var. Bunlar təmin olunacağı təqdirdə Azərbaycan iqtisadiyyatında fərqli xətt üzrə inkişaf müşahidə edə bilərik”.

 

Ekspertin sözlərinə görə, bu kimi beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyət göstərməsi xüsusilə qeyri-neft sektorunun inkişafı baxımından əhəmiyyət daşıyır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu