Arxiv
28 Yanvar 2020, 14:16 | DİASPOR
Səfirliklərlə diaspor qarşıdurması: GƏRGİNLİKDƏN KİMLƏR QAZANDI

Uzun illər idi ki, xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizlə diaspor fəaliyyətini tənzimləyən Diasporla iş üzrə Dövlət Komitəsi arasında yaşanan “soyuqluq” özünü azərbaycanlıların pərakəndəliyində açıq büruzə verirdi. Heç şübhəsiz ki, yaranmış vəziyyətdən daha çox Azərbaycana qarşı olanlar, xüsusilə də erməni diasporu yararlanırdı.

 

Ancaq  son iki ildə demək olar ki, Azərbaycan diasporu öz fəaliyyətini diplomatik nümayəndəliklərimizlə birgəlik üzərində qurub.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov dəfələrlə bəyan edib ki, onlar bütün ölkələrdə səfirliklərimizə birgə işləyirlər. Dövlət Komitəsinin sədri  bunun alternativi olmadığını söyləyib.

                                                  

Bəs, birgə fəaliyyət hansı nəticələr verir?

 

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib ki, bu birgə fəalliyyətdə Koordinasiya Şuralarının rolu əvəzsizdir:

“Düzü, səfirliklərlə diaspor təşkilatlarının fəaliyyətini mütəmadi olaraq izləmirəm. Ancaq onu deyə bilərəm ki, gərgin münasibətlər həmişə olub. Bu gərginlik də müxtəlif təşkilatlarda müxtəlif adamların təmsil olunmasından irəli gələ bilər.

 

Millətin birliyi naminə səfirliklər və diaspor təşkilatlarının birgə fəaliyyəti çox önəmlidir. Cənab Prezident tərəfindən təyin olunan səfirin siyasi mövqeyində də diaspor təşkilatları ilə birgə çalışmaq əsas olmalıdır.

Həmçinin,  Koordinasiya şuralarının yaradılması çox vacibdir. Koordinasiya Şuraları təkcə diaspor təşkilatlarının yox, həm də iki qurumun qüvvələrinin toplanması üçün çox yaxşı şərait yaradır. Xarici İşlər Nazirliyinin adını ona görə qeyd edirəm ki, xaricdəki səfirliklərimizin fəaliyyəti çox genişdir. Onların xarici ölkələrə işçiləri ezam olunub. Birbaşa əlaqələrin yaradılması üçün səfirliklərin daha geniş imkanları var. Diaspor Komitəsinin nümayəndələri isə mütəmadi olaraq xarici ölkələrə gedib-gələ bilmir. Amma xarici ölkələrdə rəsmi olaraq səfirliklər mövcuddur. Koordinasiya Şurasının mövcud olması isə əlaqələri daha da möhkəmləndirməyə imkan verir. Ona görə də səfirliklərimiz və diaspor təşkilatları birgə fəaliyyət göstərə bilirlər. Bu istiqamətdə son zamanlar Diaspor Komitəsinin atdığı addımlar açıq hiss olunur və milli maraqlar üçün bu, çox vacibdir”.

 

Belçika-Niderland Azərbaycanlılarının Korrdinasiya Şurasının Əlaqələndiricisi, Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyevin sözlərinə görə, Niderlandda birgə fəaliyyət həmişə olub:

 

“Vurğulamaq istəyirəm ki, Niderlandda səfirliklə diaspor təşkilatları arasında hər hansı gərginliyə rast gəlməmişəm. Hansısa anlaşılmazlıq, yaxud da təşkilatlar arasında ciddi problemlər olmayıb. Əksinə, hər zaman biri-birlərinə dəstəyin şahidi olmuşam. Niderlandda keçirilən bütün tədbirlərdə səfirlik nümayəndələri iştirak ediblər. Lazım olan texniki dəstəyi də əsirgəməyiblər. Təbii, əvvəllər bəzi ölkələrdəki səfirlik və diaspor təşkilatları arasındakı gərginlik barədə bizim də məlumatımız olub. Hesab edirəm ki, indi bu cür gərginliklər tam aradan qaldırılıb. Çünki Koordinasiya Şuralarının yaranması daha sıx və birgə işləməyə xidmət edir. Koordinasiya Şurasının əlaqələndiricisi olaraq deyə bilərəm ki, səfirliklə sıx əlaqədə çalışırıq. Həmişə qarşılıqlı dəstək olub”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müğənni Manaf Ağayev polisə çağrıldı - RƏSMİ 21 Fevral 2020, 18:55 DSK-nın Musa Qasımlının dairəsi barədə qərarı qüvvədə SAXLANILDI 21 Fevral 2020, 18:50 DTX-nın həbs etdiyi qadın YAP-ın deputatlığa namizədi idi- FOTO 21 Fevral 2020, 18:45 İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi oldu 21 Fevral 2020, 18:40 MSK-dan Kəmaləddin Qafarovun lider olduğu dairə ilə bağlı QƏRAR 21 Fevral 2020, 18:35 Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib 21 Fevral 2020, 18:32 Kamal Abdulla Şöhrət Siracəddinovla görüşdü - FOTO 21 Fevral 2020, 18:26 Fəzail Ağamalının dairəsindən şikayətə baxılma müddəti UZADILDI 21 Fevral 2020, 18:21 Məlahət İbrahimqızının dairəsi barədə qərar verildi 21 Fevral 2020, 18:15 Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib - FOTO 21 Fevral 2020, 18:07 Məzahir Pənahov hərbi hissələrdə səsvermənin təşkilindən danışdı 21 Fevral 2020, 18:00 Həbs olunan icra başçısının videosu yayıldı - VİDEO 21 Fevral 2020, 17:55 MSK Şahin İsmayılovun dairəsində məntəqələrin nəticəsini ləğv etdi 21 Fevral 2020, 17:49 28 saylı dairədə şikayətlər təmin olunmadı 21 Fevral 2020, 17:45 Şikayətçi qərardan narazıdırsa, məhkəməyə müraciət edə bilər - MSK sədri 21 Fevral 2020, 17:40 Neftçalanın icra başçısı, müavinləri və şöbə müdirləri saxlanıldı - RƏSMİ 21 Fevral 2020, 17:35 Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib - FOTO 21 Fevral 2020, 17:30 MSK-nın sədr müavini namizədlərə irad tutdu 21 Fevral 2020, 17:24 Afət Həsənovanın seçki dairəsindən şikayətlərə BAXILDI 21 Fevral 2020, 17:18 İcra başçısı məktəbin tikintisi ilə bağlı şirkət rəhbəri ilə görüşüb 21 Fevral 2020, 17:12 Azercell transformasiya ilininin nəticələrini AÇIQLANDI 21 Fevral 2020, 17:06 MSK-da baxılmayan şikayət qala bilməz - Məzahir Pənahov 21 Fevral 2020, 17:00 Rüstəm Xəlilov Talış kəndinin sakinlərilə görüşüb - FOTO 21 Fevral 2020, 16:53 İstirahət günlərinin hava proqnozu açıqlandı 21 Fevral 2020, 16:47 MSK-dan Ramil Həsənin lider olduğu dairə barədə QƏRAR 21 Fevral 2020, 16:41 İlqar Rəhimov I vitse-prezidenti işdən azad etdi 21 Fevral 2020, 16:36 Bakıda uşaq poliklinikasında yanğın olub 21 Fevral 2020, 16:30 Bakı metrosu koronavirusa qarşı dezinfeksiyada “ProGreen ProFix” dərmanından İSTİFADƏ EDİR 21 Fevral 2020, 16:24 Gülnar Əliyevanın qəbrinin görüntüləri bizdə də varMSK üzvü ölüf-ölüf videosundan danışdı 21 Fevral 2020, 16:18 MSK-nın iclası başladı 21 Fevral 2020, 16:12 Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - İyirminci və iyirmi birinci söz 21 Fevral 2020, 16:06 Nazirlik sahibkarlara müraciət etdi 21 Fevral 2020, 16:00 Yaşıllıq sahələrinə elektron formada nəzarət ediləcək 21 Fevral 2020, 15:55 I sinfə qəbul qaydaları AÇIQLANDI 21 Fevral 2020, 15:49 Gürcüstanda adam öldürüb Bakıda gizlənən şəxs tutuldu - FOTO 21 Fevral 2020, 15:45