“2019-cu ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə ümumilikdə 2850 şikayət, o cümlədən 909 şikayət onlayn qaydada daxil olub”.
Modern.az-ın məlumatına görə, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev keçirilən hesabat iclasında deyib.
Onun sözlərinə görə, Konstitusiya Məhkəməsinin rəsmi saytı vasitəsilə daxil olan onlayn ərizə və məktubların sayında artım müşahidə edilib.
“Konstitusiya Məhkəməsi Plenumunun qərar və qərardadlarında mülki, cinayət, əmək, vergi və hüququn digər sahələrində yaranan hüquqi kolliziyalara dair Azərbaycan Respublikasının Konstitusiyasının müddəaları nöqteyi-nəzərindən hüquqi qiymət verilib”, - deyə F.Abdullayev bildirib.