Modern.az

Çavuşoğludan Qlobal Jurnalistlər Birliyinin qəbulunda GÜNDƏM AÇIQLAMALAR

Çavuşoğludan Qlobal Jurnalistlər Birliyinin qəbulunda GÜNDƏM AÇIQLAMALAR

29 Yanvar 2020, 17:16

Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Qlobal Jurnalistlər (QJC) Konseyinin İdarə heyəti üzvlərinin qəbulunda gündəmlə bağlı əhəmiyyətli açıqlamalar verib.

 

Modern.az xəbər verir ki, Çavuşoğlu, İsrail-Fələstin Sülh Planının “ölü plan”olduğunu bildirib:

 

“Təktərəfli hazırlanmış Sülh Planının “ölü” olduğu məlum məsələdir. Əslində, ABŞ tərəfi öz səfirliyini Qüdsə köçürərkən bu məsələdə neytrallığının itirmişdi. Hər kəs bu planın içərisində fələstinlilərin haqlarının tapdandığını bilirdi. Bir görüşdəki İsrail prezidenti Netanyahu iştirak edir, o görüşdən fələstinlilər və Yaxın Şərq planı üçün hansı müsbət addımı gözləmək olar ki?”

 

M.Çavuşoğlu İsrail mətbuatında Türkiyə Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının sədri Hakan Fidanı hədəf alan yazılar haqqında isə bunları söyləyib:

“Demək ki, düz yoldayıq. Türkiyə artıq Suriya, Liviyadakı böyük güclərin oyun planını pozur. İsraillə münasibətlərimiz açıq-aşkar ortadadır. Amma biz İsrailə qarşı düşmənçilik ehtiva edən hansısa kəşfiyyat işləri aparmırıq. Əksinə, onların kəşfiyyatçılıq planların açıb, ortaya qoyuruq. İlk dəfədir ki, Türkiyə belə bir mövqe tutub. Dağlıq Qarabağ məsələsinin həll olunması üçün səy göstəririk. Rusiya da səy göstərərəsə bu problemi həll edə bilərik. Bu il bütün diqqətimizi Qarabağ probleminin həll olunmasına yönəldəcəyik.”

 

Şərqi Aralıq Dənizi məsələsinə də toxunan Xarci İşlər naziri yunanların güzəştə getməli olduğunu deyib:

“Şərqi Aralıq Dənizi məsələsinin tək həll yolu var. Yunanıstan və yunanlar güzəştə getməyi bacarmalıdır. Artıq öz maraqlarımızı və Kipr türk xalqlarının maraqlarını qorumalıyıq. Yunanlar güzəştə getməyəcəyi təqdirdə onlara qarşı tutduğumuz mövqe də dəyişən deyil.”

 

Belçika məhkəməsinin PKK qərarına da reaksiya göstərən nazir Çavuşoğlu Belçikanın  PKK-nı terror təşkilatları siyahısında saxlamağa davam edəcyini vurğulayıb:

"Prokurorluğun rəyi PKK-ya aiddir. Məhkəmə ideoloji bir qərar verib. Burada vacib olan şey Belçika dövlətinin münasibətidir. Görünən odur ki, Belçika tərəfi PKK-nı terror təşkilatları siyahısında saxlamağa davam edəcək. "

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır