Modern.az

Bakı-Moskva təyyarəsi quş sürüsü ilə toqquşub

Bakı-Moskva təyyarəsi quş sürüsü ilə toqquşub

29 Yanvar 2020, 21:48

Bakıdan Moskvaya uçan təyyarə məcburi eniş edib.

Modern.az  Trend-ə  istinadən  xəbər verir ki, yerli vaxtla saat 20:31-də yola düşən “Azərbaycan Hava Yolları”nın J2-854 nömrəli reysinin kapitanı təyyarənin quş sürüsü ilə toqquşmasından sonra Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək barədə qərar verib.

Bakı vaxtı ilə 20:56-da təyyarə Bakının hava limanına uğurlu eniş edib.

AZAL-dan bildirilib ki, sərnişinlər Moskvaya başqa bir təyyarə ilə uçacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi