Modern.az

Almaniya səfiri Rəsulzadənin doğum gününü təbrik etdi

Almaniya səfiri Rəsulzadənin doğum gününü təbrik etdi

31 Yanvar 2020, 10:53

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Məhəmməd Əmin Rəsulzadənin doğum gününü təbrik edib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə almaniyalı diplomat “Twitter”də bildirib.

 

“Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə, 136-cı doğum gününüz mübarək!”, - deyə Maniq qeyd edib.

 

Xatırladaq ki, bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. M. Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. (APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür