Arxiv
31 Yanvar 2020, 18:39 | MƏDƏNİYYƏT
Rəsulzadənin heykəli niyə qoyulmur? – “Ona olan borcumuzun bir qismini qaytaraq”

“Məhəmməd Əmin Rəsulzadənin heykəli təxminən 20 ildir hazırdır. Görkəmli heykəltəraşımız Ömər Eldarovun emalatxanasında saxlanır. Heykəl harada qoyulacağı, ümumiyyətlə qoyulub-qoyulmayacağı isə hələ də sual altındadır”.

 

Bu sözləri Modern.az-a jurnalist, professor Qulu Məhərrəmli deyib. O xatırladıb ki, son illər hər kəsin bildiyi kimi, Rəsulzadəyə qarşı qərəzli münasibət var:

“Kimlərsə onun adına qısqanclıqla yanaşır. Hər addımda Rəsulzadənin haqqını tapdalamağa, onun xidmətlərini ikinci, üçüncü sıraya atmağa çalışırlar. Halbuki Rəsulzadəyə qarşı bu addımlar ciddi haqsızlıqdır. O, Azərbaycan siyasi təfəkkürünün təmsilçisidir. Azərbaycan müstəqil dövlətinin yaradıcısıdır. Müstəqil Azərbaycanın ilk dövlət başçısıdır. Bütün bunlar ona ehtiramla yanaşmaq, onun irsini öyrənmək, təbliğ etmək üçün əsaslı məqamlardır.

Biz buna görə təşəbbüs irəli sürmüşük. Əvvəllər də belə təkliflər səsləndirilib ki, Məhəmməd Əmin Rəsulzadənin ev muzeyini yaradaq. Biz ona olan borcumuzun bir qismini qaytaraq. Bu borc məsələsi təkcə Rəsulzadəyə aid deyil. Bu bir nəslə, Azərbaycan Cümhuriyyətini yaradan bizim qurucu babalarımıza ola hörmət və ehtiramımızdır”.

 

Ev muzeyinin yaradılması təklifinin reallaşdırılmasına imkanlarına gəlincə, professor hər şeyin yanaşmadan, düşüncədən asılıdır:

“Əgər qərar verilsə ki, muzey yaradılsın. Demək onun adını universitetə qaytarmaq. Orada heykəlini ucaltmaq da mümkündür. Mənə elə gəlir ki, belə bir muzeyin yaradılması, ümumiyyətlə Rəsulzadə adının gün işığına çıxarılması, geniş diqqətə layiq görülməsi Azərbaycan cəmiyyətinin düşüncə həmrəyliyinə şərait yaradacaq”.

 

Qulu Məhərrəmli hesab edir ki, Məhəmməd Əmin Rəsulzadəyə qarşı hiss olunan aqressiya, bəzi məmurların fərqli münasibəti indi o qədər də görünmür:

“Bunun olmamağının özü artıq bizim işimizə köməkdir. Bizə mane olmurlarsa, biz bunu elə kömək kimi qəbul edirik.

İki gün davam edən, Cümhuriyyətimizin qurucusuna həsr olunmuş Beynəlxalq konfrans keçirildi. Bu  ictimai təşəbbüs qrupunun üzvlərinin və diaspora təşkilatlarının birgə işinin nəticəsi idi. Müşahidə etdik ki, insanlar böyük ruh yüksəkliyi, coşğu ilə burada iştirak etdilər. Bu Azərbaycanda nadir hadisələrdən biridir ki, böyük bir tədbir həyata keçirilə bildi. Dediyim kimi, hakimiyyət orqanlarından da bu mənada razıyıq ki, süni maneələr yaradılmadı”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fransada koronavirusdan ölənlərin sayı 10 869-a çatdı 9 Aprel 2020, 00:36 Prezidentinin oğlu koronavirusa yoluxdu 9 Aprel 2020, 00:16 Koronavirusla mübarizə üçün Ukraynaya 190 milyon avro ayırıldı 9 Aprel 2020, 00:03 Bu gün 3018 nəfər koronavirus testindən keçirilib - TƏBİB 8 Aprel 2020, 23:46 Neft 34 dollaradək bahalaşdı 8 Aprel 2020, 23:28 Yaponiyada COVİD-19 ilə bağlı rekord göstərici qeydə alındı 8 Aprel 2020, 23:15 Əkrəm İmamoğlunu ölümlə hədələyən şəxs tutuldu 8 Aprel 2020, 22:59 Bu ölkədə 4072 nəfər koronavirusa yoluxdu 8 Aprel 2020, 22:44 Azərbaycanlı diaspor rəhbəri koronavirusa yoluxdu 8 Aprel 2020, 22:27 Koronavirusla bağlı daha bir kəşfiyyat məlumatı üzə çıxdı 8 Aprel 2020, 22:14 ABŞ-da koronavirusa yoluxanların sayı 401 166 nəfərə çatdı 8 Aprel 2020, 22:01 Qənirə Paşayevanın seçicilərinə 3 min maska hədiyyə edildi 8 Aprel 2020, 21:55 Göyçayda üç avtomobil toqquşdu: xəsarət alanlar var 8 Aprel 2020, 21:45 Heydər Əliyev Mərkəzindən İtaliyaya həmrəylik nümayişi 8 Aprel 2020, 21:33 Türkiyədə koronavirusdan ölənlərin sayı 812-yə çatdı 8 Aprel 2020, 21:16 İtaliyada koronavirusdan REKORD sayda sağalma 8 Aprel 2020, 20:59 Britaniyada daha 938 nəfər koronavirusdan öldü 8 Aprel 2020, 20:45 İrandan koronavirusla mübarizədə dəstəyə görə Azərbaycana təşəkkür 8 Aprel 2020, 20:29 Koronavirusa görə GPS peykinin buraxılışını təxirə salındı 8 Aprel 2020, 20:17 Siyasətçi bu səbəbdən prezident olmayacaq 8 Aprel 2020, 20:01 ÜST: Koronavirusun nə zaman bitəcəyini bilmirik 8 Aprel 2020, 19:50 Bakıda “Toyota” ilə “KamAZ” toqquşub:  yaralanan var 8 Aprel 2020, 19:41 “AzərGold” xaricə qızıl satışını dayandırıb 8 Aprel 2020, 19:33 Şəxsiyyət vəsiqəsinin müddəti bitən şəxslərin NƏZƏRİNƏ 8 Aprel 2020, 19:25 Nazirlər Kabinetinin rəsmisi: “Adamlara pul paylansa, daha çox insan işsiz qalacaq” 8 Aprel 2020, 19:17 Maliyyə yardımı kimlərə şamil olunacaq? - Nazir: “Minimal məbləğ 250 manat...” 8 Aprel 2020, 19:11 İbrahim Məmmədov: “Düşmən ölkələr koronavirusla bağlı şayiələr yayırlar” 8 Aprel 2020, 19:01 Azərbsaycanda 82 yaşlı şəxs koronavirusdan sağalıb 8 Aprel 2020, 18:53 Azərbaycanda koronavirusa yoluxma ilə bağlı qırmızı zona yoxdur – Operativ Qərargah 8 Aprel 2020, 18:51 İşdən çıxarılan məmur baş naziri sərt tənqid etdi 8 Aprel 2020, 18:46 UNEC aliminin koronavirus barədə araşdırması apardı 8 Aprel 2020, 18:38 Bakıda piyadanı vurub öldürən sürücü tutuldu 8 Aprel 2020, 18:31 Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı XƏBƏRDARLIQ 8 Aprel 2020, 18:28 Ağır xəstələrin rayondan Bakıya gətirilməsinə icazə verilir – Operativ Qərargah 8 Aprel 2020, 18:25 BMU-da tədrisin məsafədən təşkili üzrə göstəricilər 8 Aprel 2020, 18:22