Arxiv
9 Fevral 2020, 14:13 | DİASPOR
Dubayda yaşayan azərbaycanlıların Koordinasiya Şurası yaradılacaq - FOTOLAR

Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) nümayəndə heyətinin  BƏƏ-nin ən böyük şəhəri olan Dubayda  yaşayan azərbaycanlılarla görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, görüş Azərbaycan Respublikasının Dubaydakı konsulluğundə onlarla soydaşımızın iştirakı ilə keçirilib.

Görüş Dövlət Himnimizin səsləndirilməsilə başlayıb, daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş etdirilib.

Komitə sədri Fuad Muradov  tədbir iştirakçılarına rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən layihələr-dünyanın müxtəlif ölkələrində Koordinasiya Şuralarının yaradılması, Diaspor Gənclərinin Yay Düşərgələri, xaricdə Azərbaycan evlərinin və həftəsonu Qarabağ məktəblərinin yaradılması, eləcə də digər mühüm layihələr haqqında  ətraflı məlumat verib.

 

Görüşdə qarşılıqlı fikir mübadiləsinə, xüsusilə Dubayda yaşayan azərbaycanlıların təklif və problemlərinin dinlənilməsinə üstünlük verilib.

Soydaşlarımız ilk növbədə yaşadıqları şəhərdə Azərbaycan məktəbinin açılmasının,  dil kurslarının təşkilinin və ya onlayn həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Nəzərə çatdırılıb ki,  Komitə rəhbərliyi və əməkdaşlarının Dubaya səfəri burada yaşayan soydaşlarımızın  bir araya gətirilməsi üçün olduqca əhəmiyyətlidir və bu səfərlərin mütamadi olması vacibdir.

Dubay şəhərində  müxtəlif yüksək mövqelər tutan azərbaycanlılar bildiriblər ki, belə görüşlər buradakı gənc kadrları tanımağımız və onların işlə təminatına kömək etməyimiz  baxımından əvəzsiz rol oynayacaq.

 

Gələcəkdə Dubayda yaşayan azərbaycanlıların Koordinasiya Şurasının yaradılması məsələsi də müzakirə mövzusu olub və soydaşlarımızın burada təşkilatlanmağa meyilli olduğu diqqəti cəlb edib.

Azərbaycan Respublikasının Dubay şəhərindəki Baş Konsulu Cavidan Hüseynov  Dubayda yaşayan azərbaycanlılarla görüşü yüksək qiymətləndirib və belə görüşlərin Azərbaycanın tanıdılmasında, soydaşlarımızın təşkilatlanmasında əvəzsiz rol oynadığını vurğulayıb.

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağstafada 4 otaqlı ev yandı 24 Sentyabr 2021, 00:52 Daha bir ölkədə vulkan püskürdü 24 Sentyabr 2021, 00:50 ABŞ İsrailin raket sistemləri üçün 1 milyard dollar ayırır 24 Sentyabr 2021, 00:37 Şahmatçılarımız Avropada növbəti dəfə qələbə qazandılar 24 Sentyabr 2021, 00:19 Mediasiya Şurasının geniş iclası keçirildi 24 Sentyabr 2021, 00:08 Qardaşı Mübariz Mənsimovu məhkəməyə verdi 23 Sentyabr 2021, 23:55 Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü - FOTO 23 Sentyabr 2021, 23:40 Rusiyada hərbi helikopter yoxa çıxıb 23 Sentyabr 2021, 23:34 Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verdi 23 Sentyabr 2021, 23:13 NATO-nun iki hərbi gəmisi Qara dənizə girdi 23 Sentyabr 2021, 22:58 BMT-nin missiya rəhbəri Kabilə qayıtdı 23 Sentyabr 2021, 22:40 XİN başçısı slovakiyalı həmkarı ilə görüşdü 23 Sentyabr 2021, 22:21 Ceyhun Bayramov Baş katiblə müzakirələr aparıb 23 Sentyabr 2021, 22:07 Türkiyə əhalisinin 69%-dən çoxu tam peyvəndlənib 23 Sentyabr 2021, 21:51 Şəhid tabor komandirinin xatirəsi anıldı - FOTOLAR 23 Sentyabr 2021, 21:36 Sabiq partiya sədrinə YAP-ın vəsiqəsi verildi 23 Sentyabr 2021, 21:28 Türkiyəli futbolçu rəsmən “Barselona”da 23 Sentyabr 2021, 21:12 “Azərbaycan Opera İnciləri” filmi təqdim olundu 23 Sentyabr 2021, 21:01 FHN hava ilə bağlı əhaliyə müraciət etdi 23 Sentyabr 2021, 20:48 “ABŞ-la düşmən yox, dost olmaq istəyirik” - Ərdoğan 23 Sentyabr 2021, 20:32 Azərbaycanda ali təhsil almağın QİYMƏTİ - İllik 6500 manat... 23 Sentyabr 2021, 20:18 Sel bəzi rayonları su, qaz və işıqsız qoydu 23 Sentyabr 2021, 20:15 Çimərlik güləşçimiz dünya çempionu oldu 23 Sentyabr 2021, 20:14 Ərdoğan Putinlə görüşdə bu məsələləri müzakirə edəcək 23 Sentyabr 2021, 20:06 Blinken fransalı həmkarı ilə görüşəcək 23 Sentyabr 2021, 19:53 “İğdırdan Naxçıvana dəmir yolu çəkiləcək” - Ərdoğan 23 Sentyabr 2021, 19:39 Ərdoğan: “Paşinyandan müsbət mesajlar alırıq” 23 Sentyabr 2021, 19:27 İƏT nümayəndələri ANAMA-da olub 23 Sentyabr 2021, 19:13 Nizami Gəncəvi Mərkəzinin üzvləri Ərdoğanla görüşdülər 23 Sentyabr 2021, 19:10 Özbəkistan Prezidenti Eldar İbrahimovu təltif etdi 23 Sentyabr 2021, 19:08 Zaqatalada çayda batan kişinin meyiti tapıldı - VİDEO 23 Sentyabr 2021, 18:56 Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasında - FOTOLAR 23 Sentyabr 2021, 18:45 Naxçıvanda şəhid ailələrinə medallar təqdim olundu   23 Sentyabr 2021, 18:36 Həkim: “Böyrək daşını əritmək üçün dərman yoxdur” 23 Sentyabr 2021, 18:24 Şəhidlərimiz dini məbədlərdə yad olunacaq   23 Sentyabr 2021, 18:14
SORĞU Hansı vaksinə etibar edirsiniz?