Modern.az

Milli Məclisin ən təcrübəli üzvləri – ONLAR 1995-Cİ İLDƏN DEPUTATDIRLAR

Milli Məclisin ən təcrübəli üzvləri – ONLAR 1995-Cİ İLDƏN DEPUTATDIRLAR

Parlament

10 Fevral 2020, 11:32

Deputat seçilənlər arasında həyatının 25-30 ilini parlamentə həsr edən mandat sahibləri var.

 

Hələ Azərbaycan keçmiş SSRİ-nin tərkibindəykən, 1991-cı ildə çağırılan keçmiş Ali Sovetin sessiyasından düz 2020-ci il 9 fevral tarixindəki seçkilərədək həmişə qalib elan edilmiş parlamentarilər də var.

Müstəqil Azərbaycan Respublikasında I çağırış Milli Məclisə seçkilər 1995-ci ilin 12 noyabrında keçirilib. 2020 ci il tarixində isə VI çağırış Milli Məclis seçkiləri keçirildi. Bu seçkilərin hamısında iştirak etmiş və həmişə də mandat qazanmış deputatlar kimlərdir?



 Modern.az birinci, ikinci, üçüncü, dördüncü, beşinci çağırış Milli Məclisində iştirak etmiş,eyni zamanda altınıcı çağırışda da iştirak edəcək deputatların siyahısını təqdim edir:

 

 

1 saylı Şərur- Sədərək Seçki Dairəsi  -  Vasif Talıbov (YAP)

 

 

4 saylı Naxçıvan Şəhər Seçki Dairəsi - Eldar İbrahimov (YAP)

 

 

10 saylı Binəqədi Üçüncü Seçki Dairəsi - Madər Musayev (bitərəf)

 

 

23 saylı Nəsimi-Səbail Seçki Dairəsi – Ziyad Səmədzadə (bitərəf)

 

 

34 saylı Xətai İkinci Seçki Dairəsi- Mixail Zabelin (YAP) 

 

 

60 saylı Salyan-Neftçala Seçki Dairəsi - Fəzail Ağamalı (AVP)

 

 

74 saylı Lənkəran Kənd Seçki Dairəsi – Hadı Rəcəbli (YAP)

 

 

116 saylı Qəbələ Seçki Dairəsi - Fəttah Heydərov (bitərəf)

 

 

İmamverdi İsmayılov - 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi MSK-tərəfindən hələlik tanınmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü