Modern.az

Ərdoğan Putinlə telefonla danışdı

Ərdoğan Putinlə telefonla danışdı

12 Fevral 2020, 13:34

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

 

Modern.az RİA “Novosti”yə istinadən xəbər verir ki, tərəflər Suriya böhrəninin aradan qaldırılması yollarını müzakirə edərkən Soçi razılaşmasının tam şəkildə yerinə yetirilməsinin vacibliyini bildiriblər.

 

Həmçinin iki dövlət başçısı İdlib ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı aidiyyəti qurumlar arasında əlavə təmasların yaradılmasına dair razılaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat