Arxiv
14 Fevral 2020, 17:10 | TƏHSİL
Ramiz Mehdiyev institut direktorunu işdən çıxardı

Fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib.

 


AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tədbiri giriş sözü ilə açaraq gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Birinci məsələ ilə bağlı AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli danışıb. Azərbaycan Milli Elmlər Akademiyasının 28 dekabr 2019-cu il tarixində keçirilmiş Ümumi yığıncağında AMEA-nın Nizamnaməsinin yeni redaksiyada qəbul olunduğunu xatırladan akademik İsa Həbibbəyli Nizamnamə üzrə AMEA-nın Humanitar və İctimai  Elmlər  Bölməsinin  yeni yaradılmış Elmi şurasının tərkibindən bəhs edib. Qeyd olunub ki, Rəyasət Heyətinin qərarı ilə HİEB-in Elmi şurasının yeni tərkibi müavinlər – akademik Teymur Kərimli və akademik Nərgiz Axundova və 14 nəfər tanınmış alimdən ibarət üzvlərlə təsdiqlənmişdir.

Sonra “Elm və həyat” jurnalı barədə çıxış edən akademik İsa Həbibbəyli 1961-ci ildən nəşr olunan jurnalın yarandığı ilk dövrlərdən öz səhifələrində dünyanın və Azərbaycanın görkəmli alimlərinin elmi əsərlərinin nəticələrinin işıqlandırılmasına, bu nəticələrin həyat və cəmiyyətin inkişafı ilə əlaqələndirilməsinə, gənc alimlərin apardığı tədqiqatların nəticələrinin təbliğinə geniş yer ayırmaqla bütün dünyada ənənə halını almış elmin təbliğinə layiqli töhfələr verdiyini nəzərə çatdırıb. Akademik jurnalın yüksək keyfiyyətli tərtibatda nəşr olunmasının zəruriliyindən söz açıb.

İclasda “Elm və həyat” jurnalının zəngin ənənələrinin müasir dövrün elmi-kütləvi nəşr tələblərinə uyğun, yüksək poliqrafik tərtibatda davam etdirilməsi məqsədilə redaksiya heyətinin yeni tərkibi təsdiq olunub.

Sonra akademik Fərəməz Maqsudovun 90 illik, AMEA-nın müxbir üzvü Əziz Mirəhmədovun 100 illik, AMEA-nın müxbir üzvü Yevgeni  Paxomovun 140 illik və AMEA-nın müxbir üzvü Rəna Məmmədovanın 70 illik yubileylərinin keçirilməsi qərara alınıb.

Tədbirdə AMEA-nın Yer Elmləri Bölməsinin Elmi şurasının tərkibi barədə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev bölmənin 15 yanvar 2020-ci il tarixində Ümumi yığıncağının keçirildiyini, gizli səsvermə nəticəsində YEB-in Elmi şurasının üzvlərinin seçildiyini bildirib. Rəyasət Heyətinin qərarı ilə tərkib təsdiqlənib.

İslasda, həmçinin AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi şurasının tərkibi bərədə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının tərkibi ilə bağlı isə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxış edərək Elmi şuraların üzvlüyünə keçirilən seçkilərin nəticələrindən danışıblar.

Qərarla bölmələrin Elmi şuralarının yeni tərkibi təsdiqlənib.

Daha sonra Azərbaycan Respublikası “Qırmızı Kitabı”nın III nəşri üzrə iş proqramı haqqında akademik İradə Hüseynova çıxış edərək Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın III nəşrinin Redaksiya heyəti tərəfindən 2020-2023-cü illəri əhatə edən iş proqramının hazırlandığını iclas iştirakçılarının nəzərinə çatdırıb. Kitabın III nəşri üzrə 2020-2023-cü illəri əhatə edən iş proqramı ətrafında müzakirələr aparıldıqdan sonra Rəyasət Heyəti tərəfindən proqram qəbul edilib. Bununla yanaşı, nəşrlə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müvafiq məsələlərin birgə müzakirəsinin təşkil edilməsi məqsədəuyğun hesab edilib. “Qırmızı Kitabı”n III nəşri ilə əlaqədar elmi-təşkilati, texniki, maliyyə və s. məsələlərin vaxtında və səmərəli həllini nəzərdə tutan multidissiplinar elmi-tədqiqat proqramının hazırlanması tövsiyə olunub.

“AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin strukturu və ştat cədvəli barədə növbəti məsələ ilə bağlı AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov çıxış edib. O, Məhdud Məsuliyyətli Cəmiyyətin yeni strukturunun müasir dövrün tələblərinə uyğunlaşdırıldığını və bununla da YTP-nin struktur vahidlərinin işinin daha da təkmilləşdiriləcəyini diqqətə çatdırıb.

Müzakirələrdən sonra Rəyasət Heyətinin qərarı ilə “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin struktur və ştat cədvəli təsdiqlənib.

Sonda kadr məsələsinə baxılıb. Akademik  İbrahim Quliyev öz ərizəsiylə AMEA-nın Neft və Qaz İnstitutunun direktoru vəzifəsindən azad edilib və institutun direktoru vəzifəsinin icrası akademik Fəxrəddin Qədirova həvalə edilib

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkədə də virusa yoluxanların sayı 100 mini ötdü 6 Aprel 2020, 01:28 Koronavirusa yoluxan Boris Conson xəstəxanaya yerləşdirildi 6 Aprel 2020, 00:59 "İctimai Qərargah ictimai sektorun  potensialını tam səfərbər edəcək" - Azay Quliyev 6 Aprel 2020, 00:51 Azərbaycanda koronavirusa yoluxanlar arasında 2-3 yaşlı uşaq da var - RƏSMİ 6 Aprel 2020, 00:43 “Koronavirusa bir yoluxma 30, bəzən isə 60 insanı yoluxdurur”  - Ramin Bayramlı  6 Aprel 2020, 00:36 SMS müraciətlərinə cavab bu səbəbdən gecikir - RƏSMİ 6 Aprel 2020, 00:21 "Ölkənin internetə artan tələbatını təmin edəcəyik" - Elmir Vəlizadə 6 Aprel 2020, 00:04 Fransada 8078  nəfər koronavirusun qurbanı oldu 5 Aprel 2020, 23:46 Türkiyədəki azərbaycanlılarla bağlı son vəziyyət belədir – JURNALİST MƏHSƏTİ ŞƏRİFLƏ MÜSAHİBƏ 5 Aprel 2020, 23:29 Deputatdan çağırış: “Səbir edək ki, sabahımız dünənimizdən daha yaxşı olsun” - VİDEO 5 Aprel 2020, 23:05 Koronavirus dünyada  62 784 can aldı 5 Aprel 2020, 22:47 Gəncədə kişi naməlum şəxs tərəfindən bıçaqlandı 5 Aprel 2020, 22:33 Azərbaycanda daha 3080 nəfər koronavirusla bağlı test edildi - FOTO 5 Aprel 2020, 22:23 Ziyad Səmədzadə karantinə alınmayıb - Deputatın köməkçisi danışdı 5 Aprel 2020, 22:00 Ermənistanda 822 nəfər COVID-19-a yoluxdu 5 Aprel 2020, 21:46 Bu ölkədə virusa yoluxan azərbaycanlı sağaldı 5 Aprel 2020, 21:31 Türkiyədə koronovirusdan ölü sayı 574-ə çatdı 5 Aprel 2020, 21:14 UNEC tələbələrindən Prezidentin çağırışına dəstək: “Biz birlikdə güclüyük!” - VİDEO 5 Aprel 2020, 21:10 İtaliyada koronavirusdan ölənlərin sayı 15 887 nəfərə çatdı 5 Aprel 2020, 20:58 Azərbaycanın bu rayonunda maskalar pulsuz paylanacaq 5 Aprel 2020, 20:44 Bu ölkədə bir sutkada 674 nəfər koronavirusdan öldü 5 Aprel 2020, 20:30 Gürcüstanda koronavirusa yoluxanların sayı artdı 5 Aprel 2020, 20:27 Fəzail Ağamalı qarət olmasından DANIŞDI 5 Aprel 2020, 20:22 AMEA karantin rejimində necə İŞLƏYİR? 5 Aprel 2020, 20:16 Teledərslərin sabahkı cədvəli AÇIQLANDI 5 Aprel 2020, 20:15 Gəncədə həyat yoldaşını yandıran şəxs saxlanıldı - TƏFƏRRÜAT 5 Aprel 2020, 20:04 Azərbaycanda koronavirusdan daha 2 şəxs vəfat etdi 5 Aprel 2020, 19:33 Koronavirusa yoluxan keçmiş Baş Nazir öldü 5 Aprel 2020, 19:07 “Təcili tədbir görülməsə, yoluxmalar daha da artacaq!” - Karantin həkimindən HƏYACAN TƏBİLİ 5 Aprel 2020, 18:40 Koronavirus Bakı küçələrini boş qoyub - FOTOLAR 5 Aprel 2020, 18:04 Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN 5 Aprel 2020, 17:47 Bu ölkə məscidləri bağlayır - Fətva verildi 5 Aprel 2020, 17:41 ASAN-dan tövsiyə: SMS müraciətlərini  1 saat öncədən həyata keçirsinlər 5 Aprel 2020, 17:39 Hollandiyada bir gündə 1224 nəfər koronavirusa yoluxub, 115-i ölüb 5 Aprel 2020, 17:24 Türkiyə vaksinin ilk sınağını keçirdi  5 Aprel 2020, 17:10