Modern.az

“Ankara bizim tarixi rəqibdir, onlarla istənilən razılaşma müvəqqətidir”- Rusiyalı politoloq

“Ankara bizim tarixi rəqibdir, onlarla istənilən razılaşma müvəqqətidir”- Rusiyalı politoloq

Dünya

14 Fevral 2020, 18:23

“Türkiyə Rusiyanın tarixi rəqibi, başqa sivilizasiyanın ölkəsidir. Ankara ilə istənilən razılaşma bizim üçün müvəqqəti xarakter daşıyıb”.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə politoloq Aleksey Yeroxov açıqlama verib.

O, Ankara və Moskva arasında prinsipial mövqe fərqliliklərinin olduğunu əlavə edib.

 

“Ankara ilə istənilən razılaşmalar, müqavilələr yaxud müttəfiq münasibətləri müvəqqəti xarakter daşıyır. Ankaraya S-400 raketləri satmaqla nə qazana bilərik? Yaxud Ankara müttəfiqimiz Ermənuistana, Dağlıq Qarabağa hücum etsэ, nə olacaq? Digər məsələ isə ondan ibarətdir ki, onlar Krımı heç zaman Rusiya ərazisi tanımayacaqlar”- deyə diplomat əlavə edib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır