Modern.az

MSK sabah toplanır - Daha bir neçə dairədən şikayətlərə BAXILACAQ

MSK sabah toplanır - Daha bir neçə dairədən şikayətlərə BAXILACAQ

Aktual

14 Fevral 2020, 19:59

Fevralın 15-də saat 14:00-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

 

Bu barədə Modern.az-a MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib. 

 

İclasda fevralın 9-da keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərin nəticələri ilə bağlı deputatlığa namizədlərin müraciətlərinə baxılacaq.

 

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilən iclasında 4 seçki dairəsi üzrə nəticələr ləğv edilib. Bunlar Hüseynbala Mirələmovun lider olduğu 33 saylı Xətai birinci seçki dairəsi, Rauf Arifoğlunun lider olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi, Hadı Rəcəblinin lider olduğu 74 saylı Lənkəran Kənd seçki dairəsi və Çingiz Qənizadənin lider olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır