Arxiv
16 Fevral 2020, 13:43 | ÖLKƏ
Fazil Mustafa: “Mehman Hüseynovun iddiaları əsassızdır”

26 saylı Sabunçu birinci seçki dairəsindən lider namizəd Fazil Mustafa bloger Mehman Hüseynovun məğlub olduğu rəqibi Etibar Əliyev haqqında səsləndirdiyi ittihamlara münasibət bildirib.

 

Modern.az xəbər verir ki, Fazil Mustafa sosial şəbəkə hesabında paylaşdığı cavabında bunları qeyd edib:

 

“Seçkilərlə bağlı haqlarının tapdandığını iddia edən keçmiş namizədlərin hüquqi yollarla mübarizə aparmasını normal qəbul edirəm. Qanunda nəzərdə tutulan şikayət mexanizmini həyata keçirənlərlə bağlı Mərkəzi Seçki Komissiyasının münasibəti də təqdir olunandır. Ancaq bu mübarizəni ən iyrənc vasitələrlə aparanların özləri kimi məsuliyyətsiz insanlar tərəfindən dəstəklənməsi üzücü bir durumdur. Mehman Hüseynovun paylaşdığı videosu da heç nəyin mahiyyətinə varmayan dar düşüncəli insanların aldadılması üçün nəzərdə tutulub. Burada bizim də namizəd olduğumuz 26-cı dairənin müvafiq məntəqəsindən söhbət getdiyindən, məsələyə münasibət bildirməyi özümə borc bilirəm. Çünki qeyd olunan məntəqədə heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb və tam şəffaf və demokratik seçki keçirilib. Bildiyiniz kimi, 31-ci dairədən lider namizəd təhsil eksperti Etibar Əliyevdir və digər namizəd olmuş şəxs Mehman Hüseynov seçkidən sonra ona qarşı sosial şəbəkədə kampaniya aparır. Əlbəttə, bu, onun hüququdur, hansısa iddiaları varsa, hüquqi yollarla bunu çözmək istəməsi də normal qarşılanmalıdır. Ancaq Mehman Hüseynov şantaj, təhqir yoluna daha çox üstünlük verərək hüquqi çərçivələri tanımadığını göstərir və Etibar Əliyevin özü ilə mübarizəsini əlavə komponentlərlə zənginləşdirməyə çalışır. Bu zaman isə 26 saylı dairənin bir məntəqəsindən ötürülmüş yalan informasiyanı böyük tapıntı kimi sosial şəbəkəyə sırımaqla guya hansısa saxtakarlıq faktının məntəqə üzvü olan Etibar müəllimin bacısı, uzun illər vicdanla məktəbdə müəllimlik edən Asya xanım tərəfindən törədildiyini iddia edir”.

 

Fazil Mustafa Mehman Hüseynov tərəfindən səsləndirilən həmin ittihamların əsassız olduğunu hesab edir:

 

“Videonu hər kəs izləsin, özünüz də görəcəksiniz ki, Mehman Hüseynov Asya xanıma böhtan atır, burada stolun üzərinə qoyulan yeşiyin aşması nəticəsində bülletenlər yerə tökülür və dərhal da məntəqə üzvləri, o cümlədən Asya xanım tərəfindən yerdən yığılır. Və həmin vaxt orada olan çoxsaylı müşahidəçilərdən kimsə çığırıb-bağırıb iddia etmir ki, kiminsə qoynundan yerə bülleten tökülüb. Çünki iki metr yaxınlıqdan bu videonu çəkən müşahidəçi də ən azı səs qeydlərində bunu vurğulamalı idi. Onlar da qutunun təsadüfən aşmasının şahidi olduqlarına görə bu hadisəni Mehman Hüseynovun şantajına əsas verəcək səviyyəyə qaldırmağı düşünmürlər. Əksər namizədlərin müşahidəçiləri olan bu məntəqədə faktla bağlı hansısa akt və ya şikayət də DSK-ya daxil olmur. Bu məsələni iştirakçıların ifadələri ilə sözbəsöz araşdırıb özüm üçün aydınlaşdırandan sonra tam məsuliyyətimlə söyləyirəm: Mehman Hüseynov yalan danışıb, Asya xanıma böhtan atıb, bu vasitə ilə onun qardaşı Etibar Əliyevə qarşı çirkin ittihamların yönəldilməsi məqsədini güdüb”.

 

Mehman Hüseynovun iddialarının heç bir əsası olmadığını vurğulayan Fazil Mustafa belə addımlarla bir müəlliməni məhz Etibar Əliyevi şantaj etmək üçün töhmət altında buraxmağın ləyaqətli davranış olmadığını bildirib:

 

“Fikrimcə, bu paylaşıma görə şərəf və ləyaqəti təhqir olunmuş Asya xanım Heydərova mütləq hüquqi yollarla ona böhtan atan şəxsin məsuliyyətə cəlb olunmasına çalışmalıdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fransada alış-veriş üçün bayıra çıxanlar bıçaqlandı 5 Aprel 2020, 11:24 Qazaxıstanda koronavirusdan ölənlərin sayı 6 nəfərə çatıb 5 Aprel 2020, 11:15 Qırğızıstanda koronavirusa yoluxanların sayı artdı 5 Aprel 2020, 11:10 Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb 5 Aprel 2020, 11:04 Post-pandemiya dövründə yeni iqtisadi artım modeli necə tətbiq ediləcək? 5 Aprel 2020, 10:56 İsraildə koronavirusa yoluxanların sayı 8 mini ötdü 5 Aprel 2020, 10:44 Bakıda çoxmərtəbəli yaşayış binası yanır 5 Aprel 2020, 10:40 Dağıstanda koronavirus nəzarətsiz mərhələyə keçdi  5 Aprel 2020, 10:35 Ermənistan Qazaxın kəndlərini atəşə tutub 5 Aprel 2020, 10:25 Rektor müəllim və tələbələrə müracitə etdi – AZƏRBAYCANDA 5 Aprel 2020, 10:15 Özbəkistanda xüsusi karantin rejimi elan edilib 5 Aprel 2020, 10:05 “Milli Məclisdə amnistiya təklifi irəli sürülə bilər” – Deputat AÇIQLADI 5 Aprel 2020, 10:00 Qarabağ cəbhəsində gərginlik - pulemyotlar işə düşdü 5 Aprel 2020, 09:53 Deputat koronsvirus vaxtı seçicilərlə belə görüşdü 5 Aprel 2020, 09:43 Azərbaycanda ən çox koronavirus yayılan bölgələrin deputatları: Vəziyyət hələ ki, həyəcanlı deyil 5 Aprel 2020, 09:39 Cənubi Koreyada koronavirusdan ölənlərin sayı 138-ə yüksəlib 5 Aprel 2020, 09:23 Suriyada terrorçular 8 dinc sakini öldürüb 5 Aprel 2020, 09:17 Neftin son qiyməti daha çox bu ölkələri silkələyəcək - Siyahı 5 Aprel 2020, 09:13 Tramp neft idxalına rüsum tətbiq edə bilər 5 Aprel 2020, 09:06 UEFA avrokuboklar üçün son tarixi müəyyənləşdirdi 5 Aprel 2020, 08:59 Bakı sakininin başına dəmir qapı düşdü 5 Aprel 2020, 08:53 Meksikada 79 nəfər koronavirusdan öldü 5 Aprel 2020, 08:46 "Koronavirusla mübarizə üçün Nyu-Yorka əlavə qoşun göndəriləcək" - Tramp   5 Aprel 2020, 08:40 Son sutkada daha 79 min nəfər COVID-19 infeksiyasına yoluxub 5 Aprel 2020, 08:34 Rusiyada cinayətkar 5 qonşusunu öldürdü 5 Aprel 2020, 08:26 Moskvada daha iki nəfər koronavirusdan ölüb 5 Aprel 2020, 08:22 Almaniyada koronavirusa yoluxanların sayı 90 min nəfəri keçib 5 Aprel 2020, 08:15 Koronavirusa görə 130 polis karantinə alındı 5 Aprel 2020, 00:58 ABŞ-da 300 915  nəfər koronavirusa yoluxdu 5 Aprel 2020, 00:39 Xaricdə koronavirusa qarşı vaksin hazırlayan azərbaycanlı professor: “Sağalanın nə problem yaşayacağı bilinmir” 5 Aprel 2020, 00:18 Bu andan Azərbaycanda küçəyə çıxmaq QADAĞANDIR 5 Aprel 2020, 00:00 Gürcüstanda 162 nəfər koronavirusa yoluxub 4 Aprel 2020, 23:47 Rusiya koronavirusa qarşı peyvəndlərin sınağına başlayır 4 Aprel 2020, 23:36 Salyanda avtomobil 17 yaşlı velosipedçini vurdu 4 Aprel 2020, 23:18 Dibala yenidən koronavirusa yoluxdu 4 Aprel 2020, 23:05