Modern.az

"Neftçi" paytaxt derbisində "Keşlə"yə qalib gəldi

Aktual

16 Fevral 2020, 21:19

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.

Modern.az  "Report"a istinadən məlumatına görə, turun son oyununda "Neftçi" "Keşlə"ni qəbul edib.

"Bakcell arena"da keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesab 11-ci dəqiqədə açılıb. "Ağ-qaralar"ın heyətində Baqali Dabo adını tabloya yazdırıb. 17-ci dəqiqədə "Neftçi" ikinci topu rəqibin qapısından keçirib.

Bu dəfə Mamadu Mbodj fərqlənib. İkinci hissəyə daha fəal başlayan "Keşlə" futbolçuları 53-cü dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. Sezar Meza Kolli penaltidən fərqi minimuma endirib.

Ancaq qonaqların qol sevinci cəmi 5 dəqiqə çəkib. 58-ci dəqiqədə Stiven Jozef-Monroz dəqiq zərbə ilə komandasının 3-cü qolunu vurub.

Bu, Füzuli Məmmədovun "Neftçi"min baş məşqçisi kimi ilk qalibiyyəti, "Keşlə"nin isə qış fasiləsindən sonra ardıcıl ikinci məğlubiyyəti olub.

Bu qələbədən sonra xallarını 30-a çatdıran "Neftçi" 2-ci pillədəki mövqeyini möhkəmləndirib. "Keşlə" isə 26 xalla 3-cü sırada qalıb.

Günün ilk oyununda "Səbail" doğma meydanda "Qəbələ"yə qalib gəlib - 3:1.

Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" səfərdə "Zirə"ni 6:0, "Sabah" isə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü