Arxiv
18 Fevral 2020, 00:13 | AKTUAL
Çempionlar Liqasında 1/8 final mərhələsi başlayır

UEFA Çempionlar Liqasında (ÇL) iki aylıq fasilə başa çatır.

Modern.az  xəbər verir ki, sabah pley-off mərhələsinə start veriləcək.

Fevralın 17-də və 18-də 1/8 final mərhələsinin ilk 4 oyunu keçiriləcək. Bu qarşılaşmalarda İngiltərə, İspaniya və Almaniyanın iki komandası meydana çıxacaq.

APA-nın məlumatına görə, Çempionlar Liqasının son qalibi “Liverpul”u Madriddə çətin sınaq gözləyir. “Atletiko” hər nə qədər uğurlu mövsüm keçirməsə də, Dieqo Simeone, avrokubok təcrübəsi və mübarizlik amili ispanları ümidləndirir. Ancaq heyətlə bağlı ciddi problemlər argentinalı mütəxəssisi narahat etməyə bilməz. Müdafiəçi Kiran Trippier, yarımmüdafiəçi Ektor Errera sabah meydana çıxa bilməyəcəklər. Ancaq Joao Feliks və Dieqo Kostanın yoxluğu daha böyük problemə yol aça bilər. Zədədən əziyyət çəkən hər iki hücumçunun iştirakı sual altındadır. Bu baxımdan “Liverpul”da hər şey qaydasındadır. Yalnız Xerdan Şakiri olmayacaq ki, o da əsas heyət üzvü deyil. Premyer Liqada rəqibləri üçün əlçatmaz görünən “qırmızılar” artıq tamamilə ÇL-ə köklənə bilər. Meydandakı mübarizə ilə yanaşı, bu matçı iki çılğın baş məşqçinin dueli kimi də xarakterizə etmək olar.

Günün digər cütlüyünün favoriti də bəllidir. “Borussiya” – PSJ duelində ikincilər növbəti mərhələyə şanslı hesab edilirlər. Hər halda, daxili birincilikdəki nəticələr və heyət bu fikirləri təsdiqləyir. Baş məşqçi Tomas Tuxel sabah iki aparıcı futbolçu – müdafiəçi Presnel Kimpembe və hücumçu Neymarın xidmətindən yararlanmaya bilər. Ancaq parislilərdə onların boşluğunu dolduracaq kifayət qədər oyunçu var. Əvəzində almanların heyətlə bağlı problemləri mövcuddur. Yarımmüdafiəçilər Tomas Delani və Marko Roys ilk görüşü buraxacaqlar. Hətta digər orta sahə oyunçusu Yulian Brandtın da iştirakı sual altındadır. Ancaq Lusyen Favrenin yetirmələrinin son vaxtlar uğurlu çıxışı dortmundlu fanatları ümidləndirir. Xüsusən də, ilk gündən qolları sıralayan yeni transfer Erlinq Halandın güclü rəqib önündə performansı maraqla gözlənilir.

Fevralın 19-da azarkeşlər nisbətən orta səviyyəli komandaların görüşlərinə şahidlik edəcəklər. “Atalanta” ilə “Valensiya” arasında qarşılaşmalar gərgin mübarizə vəd edir. Hər iki komandanın daxili birincilikdəki nəticələri bir-birindən o qədər də fərqlənmir. “Atalanta” A seriyasında, “Valensiya” isə La Liqada ÇL-ə vəsiqə verən 4-cü yerə iddia edirlər. İtaliyalılar ölkə çempionatının son matçında “Roma”nı məğlub edibsə, “Valensiya” “Atletiko” ilə bərabərə qalıb. “Atalanta”dan fərqli olaraq, İspaniya təmsilçisində müəyyən problemlər var. Müdafiəçi Qabriel cəzalıdır. Digər müdafiəçi Kristiano Piççini və yarımmüdafiəçi Manu Valyexo isə zədə səbəbindən matçı buraxacaqlar. Ön xətt oyunçuları Kevin Qameyro ilə Denis Çerişevin də oynayıb-oynamayacağı hələ bəlli deyil.

Turnirin son finalçısı “Tottenhem”lə bu mərhələdəki rəqibi “Leypziq”in hazırkı durumu fərqlidir. Joze Mourinyonun gəlişindən sonra bir qədər toparlanan londonluların hazırda Premyer Liqada 4-cü yeri tutması belə şübhə altındadır. Buna baxmayaraq, komanda yarımmüdafiəçi Mussa Sissoko və hücumçu Harri Keynsiz müsbət nəticələr əldə etməyi bacarır. “Leypziq” isə Bundesliqada çempionluq uğrunda mübarizədə “Bavariya”nın əsas rəqibidir. Ancaq almanlar səfərə ciddi itkilərlə yollanacaqlar. Xüsusən də, müdafiə xəttindəki problemlər baş məşqçini Yulian Naqelsmannı çıxılmaz vəziyyətə salıb. Villi Orban və İbrahima Konate zədə, Dayot Upamekano isə cəza ucbatından meydanda olmayacaqlar. Həmçinin yarımmüdafiəçilər Tayler Adamsla Kevin Kampl da matçı buraxacaqlar. “Leypziq”in bu itkilərin fonunda Londondan hansı nəticə ilə dönəcəyi böyük maraqla gözlənilir.

Çempionlar Liqası
1/8 final, ilk oyunlar
18 fevral

00:00. “Atletiko” (İspaniya) – “Liverpul” (İngiltərə)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Madrid. “Vanda Metropolitano”

00:00. “Borussiya” (Dortmund, Almaniya) – PSJ (Fransa)
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
Dortmund. “Siqnal İduna Park”

19 fevral
00:00. “Atalanta” (İtaliya) – “Valensiya” (İspaniya)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Milan. “San Siro”

00:00. “Tottenhem” (İngiltərə) – “Leypziq” (Almaniya)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
London. “Tottenhem” stadionu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT-nin xüsusi iclasının gündəliyi AÇIQLANDI 11 İyul 2020, 18:20 Təhsil Jurnalistləri Birliyinin ilk virtual görüşü keçirildi 11 İyul 2020, 18:09 Pendirin orqanizmə faydaları və təhlükələri 11 İyul 2020, 18:00 Mehriban Əliyeva daha bir şəhid ailəsinə ev tikliməsilə bağlı göstəriş verdi - VİDEO 11 İyul 2020, 17:52 Rəfael Ağayev Rusiyadan təklif aldı 11 İyul 2020, 17:45 Dünya çempionu vəfat etdi 11 İyul 2020, 17:37 190 manatı qarpız alıb təpikləyənlərlə bağlı AÇIQLAMA 11 İyul 2020, 17:30 İranda 188 nəfər koronavirusdan ÖLDÜ 11 İyul 2020, 17:22 Bağ evində narkotik becərən şəxs SAXLANILDI 11 İyul 2020, 17:14 Nazirlikdən 190 manat birdəfəlik ödəməni ala bilməyənlərə CAVAB 11 İyul 2020, 17:06 Bill Geytsdən koronavirusla mübarizədə YENİ TƏKLİFLƏR 11 İyul 2020, 16:57 Prokurorluq məlumat YAYDI 11 İyul 2020, 16:49 Körpünün altında top mərmisi tapıldı -FOTO 11 İyul 2020, 16:40 Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu - 514 nəfər SAĞALDI 11 İyul 2020, 16:30 17 mindən çox subbakalavr ərizəsini TƏSDİQLƏDİ 11 İyul 2020, 16:18 İlham Əliyev Monteneqronun prezidentini təbrik etdi 11 İyul 2020, 16:10 EANA-ya üzv agentliklərin növbəti vebseminarında medianın aktual problemləri müzakirə olunub -FOTO 11 İyul 2020, 16:00 Bir ton narkotik vasitə yandırıldı -FOTO 11 İyul 2020, 15:51 Şəkidə təkrar qarğıdalı əkini aparılır - FOTO 11 İyul 2020, 15:43 Formula 1-i bu ölkədə canlı izləmək olacaq 11 İyul 2020, 15:35 İcra başçısının işdən çıxarılmasına səbəb olan obyekt söküldü - VİDEO 11 İyul 2020, 15:27 Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO 11 İyul 2020, 15:18 Sentyabrda dərslərə əvvəlki formada başlayacağıq - Cəsarət Valehov 11 İyul 2020, 15:10 Azərbaycanda daha bir həkim koronavirusa YOLUXDU 11 İyul 2020, 15:02 İlham Əliyev icra başçısını işdən çıxardı - SƏRƏNCAM 11 İyul 2020, 14:55 “Roskosmos” İlon Maskla əməkdaşlığa hazırdır 11 İyul 2020, 14:49 Dövlət Agentliyi 73 market və restoranda qayda pozuntusu aşkarladı - SİYAHI 11 İyul 2020, 14:44 Kişi qırığı 11 İyul 2020, 14:36 Kəlbəcərdə öldürülən şəhid Həsən Həsənovun anım günüdür 11 İyul 2020, 14:36 Ermənilər Qarabağ meşələrini kütləvi şəkildə qırır - FOTOFAKT 11 İyul 2020, 14:29 İran Xəzərdə kilkə ovuna başladı 11 İyul 2020, 14:25 Hacıqabulda reydlər davam edir - FOTO 11 İyul 2020, 14:20 Yağış xəstəxananın hasarını uçurdu - FOTOLAR 11 İyul 2020, 14:12 Azərbaycanda bu şəxslər 500 manatadək cərimələnəcək 11 İyul 2020, 14:05 Deputat: Soydaşlarımızın girov saxlanması Ermənistanın cinayət əməllərinin sübutudur 11 İyul 2020, 13:57