Modern.az

Çempionlar Liqasının 1/8 final mərhələsi BAŞLAYIR

Çempionlar Liqasının 1/8 final mərhələsi BAŞLAYIR

18 Fevral 2020, 08:40

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.

 

Modern.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Turnirin son çempionu İngiltərə "Liverpul"u İspaniyada "Atletiko"nun qonağı olacaq.

 

Madrid təmsilçisinin heyətində Kiran Trippye və Ektor Errera zədə səbəbindən görüşü buraxacaq. Hücumçular Joao Feliks və Dieqo Kostanın iştirakı isə sual altındadır. Qonaqlarda isə Cerdan Şakiri zədəlidir, aparıcı futbolçu Sadio Manenin durumu isə bəlli deyil.

 

Günün digər matçında "Borussiya" (Dortmund) Almaniyada Fransa PSJ-sini qəbul edib. Hər iki komanda meydana itkilərlə çıxacaq. Meydan sahinlərinin əsas futbolçularından Marko Roys və Tomas Deleney zədəlidir. Yulian Brandtın durumu oyun vaxtı bəlli olacaq. Paris klubunda Abdu Diallo, Kolin Daqbanın zədə səbəbindən matçda iştirak etməyəcəyi dəqiqdir. Kimpembe və Neymarın durumu isə bilinmir.

 

Komandalar arasındakı cavab oyunları martın 11-də olacaq.

 

24:00. "Atletiko" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə) 

 

Baş hakim: Şimon Marçinyak (Polşa) 

"Vanda Metropolitano" 

 

24:00.  "Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa) 

 

Baş hakim: Mateo Laos (İspaniya) 

“Siqnal İduna Park”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir