Arxiv
18 Fevral 2020, 15:48 | MEDİA
Köşə yazarları cəsarətli fikir yaza bilmirlər - İndi onları feysbuk hesabları əvəzləyir

Köşə yazarları müxtəlif sahələrlə bağlı fikir və düşüncələrini qəzet, jurnal və saytlarda bölüşən adamlardır. Dünyada elə köşə yazarları var ki, oxucular onların gündəmdəki məsələyə münasibətini səbirsizliklə gözləyir. Yəni, köşə yazarı oxucunun ən güvəndiyi mənbəyə çevrilə bilir. Onları mediada digərlərindən fərqləndirən əsas xüsusiyyət isə öz düşüncələrini yazmalarıdır. Ona görə də ictimai rəyin formalaşmasında onların da rolu danılmazdır. Bəs Azərbaycanda köşə yazarlığının nüfuzu nə yerdədir, köşə yazarlarının fikirləri cəmiyyət üçün maraqlıdırmı?

 

Mövzu ilə bağlı Modern.az-a danışan tanınmış jurnalist, Moderator.az saytının köşə yazarı Seymur Verdizadə deyir ki, hamının köşə yazması yaxşı hal deyil:

 

“Mən 1998-ci ildən peşəkar jurnalistika ilə məşğulam. 22 il əvvəl köşə yazarlığı çox nüfuzlu bir institut idi. Həyat təcrübəsi, zəngin biliyi, mütaliəsi olanlar köşə yazıları yazırdılar və bu yazılara yüksək qiymət verilirdi. Üstəlik köşə yazarlarının özlərinin də nüfuzu digər həmkarları ilə müqayisədə artıq idi. Tədricən, xüsusilə son 4-5 ildə köşə yazılarına maraq azalmağa başladı. Demək olar ki, bu gün bir institut kimi əvvəlki nüfuzunu qoruyub saxlaya bilməyib. Bunun əsas səbəblərindən biri odur ki, jurnalistikada tənbəlləşmə prosesi başladı. Xüsusilə mənim bəzi gənc həmkarlarım xəbər yazmaq, araşdırmaq, müsahibə götürmək əvəzinə köşə yazmağa meyil etdilər. Fikirləşdilər ki, ulduzlara baxıb, nəsə yazmaq olar. Amma ulduzlara baxılıb yazılan yazılar lazımi effekti vermədi. Təsəvvür edin ki, 10-12 il əvvəl elə bir şərait yarandı ki, yaşından, təcrübəsindən, dünyagörüşündən asılı olmayaraq hamı köşə yazmaq xəstəliyinə tutuldu. Bəzən qəzetdə 10-12 köşə yazısı dərc olunurdu. Artıq operatorlar da, korrektorlar da, digər peşə sahibləri də özünü köşə yazarı kimi sınamağa başladı. Yaranmış bu xaos nəticəsində köşə yazarlığı sıradan çıxdı”.

 

 

Seymur Verdizadə köşə yazarlarına verilən qonorarın az olmasının onları bu sahədən uzaqlaşdırdığını vurğulayıb:

 

“Peşəkar jurnalistlərimizin əksəriyyəti obyektiv, subyektiv səbəblərdən mətbuatı tərk edib. Hamı daha gəlirli iş yeri tapmaq sevdası ilə yaşayır. Buna görə də jurnalistikanın müəyyən prinsiplərindən uzaq düşmüşük. Təbii ki, mətbuat, o cümlədən köşə yazarlığı da bunun əziyyətini çəkməkdədir. Hazırda Moderator.az saytında köşə yazıları yazıram. Oxucu auditoriyamdan şikayətim yoxdur. Hər yazımın 5-6 min oxunma sayı var. Elə yazılar olur ki, bir neçə saytda gedir. Amma sağlam rəqabət olduğunu düşünmürəm. Köşə yazarlarının sayı azaldığına, ciddi yazarlar sıradan çıxdığına görə hesab edirəm ki, bu, artıq mənim öz fəaliyyətimə də mənfi təsir göstərib. Meydanda ciddi imzalar sürətlə azalır. Artıq yeni bir nəsil formalaşıb və internet jurnalistikası üçün köşə yazarlığı o dərəcədə önəm kəsb etmir. İstər Türkiyə, istər Rusiyanın köşə yazarları ilə müqayisədə azərbaycanlı köşə yazarları o qədər də yaxşı yaşamırlar və qazanmırlar. Təbii ki, madiyyat ürəkaçan olmadığına görə köşə yazarları da üzərlərində işləmək barədə az düşünürlər. Bir köşə yazarına 25-30 manat qonorar verilirsə, həmin köşə yazarından fantastik yazı, ya ictimai rəyi yönləndirəcək bir məqalə tələb edə bilmərik. Mən bəzən bir köşə yazısını yazmaq üçün 300 səhifəlik bir kitab oxumalı olmuşam. Bu kitabı üç günə oxuyub, bir-iki gün də qeydlərimi bir araya gətirib, dörd-beş günə bir köşə yazısı yazıb, ona 25 manat qonorar alıramsa, bu iş artıq rentabelli olmur. Onu da qeyd edim ki, baş redaktorların böyük əksəriyyəti çox xəsisdirlər. Köşə yazarlarına əldəki, ayaqdakı altıncı barmaq kimi baxırlar. Onlara pul ödəməkdə çox xəsislik edirlər, həvəs göstərmirlər. Buna görə də Azərbaycanda köşə yazarlığı institutu özünün tənəzzül dövrünü yaşayır”.

 

 

 

“Yeni Müsavat” qəzetinin köşə yazarı Xalid Kazımlı isə köşə yazarlığı üçün müəyyən maneələrin olduğunu düşünür:

 

“Əvvəllər köşə yazarlarının ictimai rəyə təsiri daha böyük idi. İndi isə xeyli azalıb. Hazırda ictimai rəyə təsir edən əsas faktor sosial şəbəkələrdə ayrı-ayrı səhifə sahiblərinin fikirləridir. Onlar təklikdə deyil, çoxalanda ictimai rəyə təsir edə bilirlər. Yəni, bir köşə yazarı ictimai rəyə təsir edə bilməsə də, 100 profil sahibi eyni fikri tirajlamaqla ictimai rəyə təsir göstərə bilir. Amma köşə yazarları ayrı-ayrılıqda 10-20 il bundan əvvəlki gücdə deyillər. Köşə yazarlarının ictimai rəyə təsirinin azalmasının səbəbləri çoxdur. Əsas səbəblərdən biri odur ki, xalqa, ictimaiyyətə söz deyənlərin sayı artıb. Onlar müxtəlif mövzularda cəsarətlə fikir deyə bilirlər. Amma qəzetdə, saytda çıxış edən köşə yazarlarının isə bir qədər çərçivələri var. Onlar öz imzaları ilə işlədikləri qəzetin, yaxud da saytın çərçivələri daxilində fəaliyyət göstərirlər. Hər dəqiqə daha cəsarətli fikir irəli sürə bilmirlər. Çünki həm özlərinə, həm də çalışdıqları müəssisəyə problem yarada bilərlər. Amma təkbaşına çalışan sosial media istifadəçisində belə bir problem yoxdur. Həm də onların çoxu anonimdir, bəziləri xaricdədir. Ona görə də onlar cəsarətli fikirlər irəli sürə bilirlər. Oxucular isə belə fikirlərin arxasınca gedir, onları alqışlayır, onları bəyənir. Sözünü daha ehtiyatla deyən adamın fikirlərindənsə, radikal çağırışlara qulaq verir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İranda təyyarə qəzası 25 Sentyabr 2020, 20:32 Baş Prokurorluqdan İnstaqradakı sual-cavabla bağlı açıqlama 25 Sentyabr 2020, 20:19 Məşhur aviaşirkət mindən çox pilotu ixtisar edəcək 25 Sentyabr 2020, 20:03 Koronavirusla bağlı sürətli test yaradıldı 25 Sentyabr 2020, 19:57 Ədliyyə işçiləri və məhkumlar arasında 13 nəfərdə koronavirus aşkarlandı 25 Sentyabr 2020, 19:48 2 min nəfər vaxtından əvvəl cəzadan azad olunub 25 Sentyabr 2020, 19:39 Elektron qolbaq daşıyan məhkumların sayı açıqlandı 25 Sentyabr 2020, 19:30 Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşdü - VİDEO FOTO 25 Sentyabr 2020, 19:28 Nazirlik “Araz market” və “Al market”i CƏRİMƏLƏDİ 25 Sentyabr 2020, 19:19 Deputat Məzahir Əfəndiyev Bosniya Parlamentinə məktub göndərdi 25 Sentyabr 2020, 19:10 Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətləri artırıldı 25 Sentyabr 2020, 19:01 Gömrüklə bağlı ən çox verilən suallar cavablandırıldı 25 Sentyabr 2020, 18:55 Tələbə köçürülməsi qaydaları dəyişdi - Baş nazirdən qərar 25 Sentyabr 2020, 18:49 Tibb Universitetinə yeni prorektor təyin olundu 25 Sentyabr 2020, 18:43 Dollar yeni həftəyə belə başlayacaq 25 Sentyabr 2020, 18:35 Deputat: “Beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarına adekvat cavab verməlidirlər” 25 Sentyabr 2020, 18:27 İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi 25 Sentyabr 2020, 18:20 Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış oldu - FOTO 25 Sentyabr 2020, 18:14 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2020, 18:06 Mehmanxanalarda reydlər APARILIR 25 Sentyabr 2020, 18:00 TƏBİB-də daha bir KADR TƏYİNATI 25 Sentyabr 2020, 17:54 İki icra hakimiyyəti ləğv olunsun - MM-in Komitə sədrindən ilginc təklif 25 Sentyabr 2020, 17:48 Bu şəxslərə hərbi xidmətlə bağlı SMS göndərildi 25 Sentyabr 2020, 17:42 Almaniya azərbaycanlıları ilə videogörüş keçirilib 25 Sentyabr 2020, 17:36 Ordumuzun döyüş hazırlığı prosesi davam edir - VİDEO 25 Sentyabr 2020, 17:30 Azay Quliyev seçicilərlə videogörüş keçirib     25 Sentyabr 2020, 17:25 “Jurnalist olmaq istəyirdim, amma gələcək nəslə sağlam həyat vermək daha maraqlıdı...” - Jurnalist övladı 25 Sentyabr 2020, 17:20 Bu ayın təqaüd və müavinətləri ödənilib 25 Sentyabr 2020, 17:15 Məcburi köçkünlər üçün keçirilən ilk yardım təlimləri başa çatıb 25 Sentyabr 2020, 17:12 Bakı Ali Neft Məktəbi ən yüksək keçid balı ilə yenə birinci oldu 25 Sentyabr 2020, 17:06 Bakı və Sumqayıtda KOB inkişaf mərkəzləri fəaliyyətə başladı 25 Sentyabr 2020, 17:00 Ermənistan cəbhədə vəziyyəti gərginləşdirməyə HAZIRLAŞIR 25 Sentyabr 2020, 16:55 UNEC-in 90 illik yubileyinə töhfə: nəfis tərtibatda kitablar   25 Sentyabr 2020, 16:50 Neftçalada su probleminin həlli ilə bağlı hazırlıqlar görülür - FOTO 25 Sentyabr 2020, 16:44 Dövlət Agentliyi toylara icazədən sonra şadlıq saraylarına nəzarəti AÇIQLADI 25 Sentyabr 2020, 16:38