Modern.az

Azərbaycanlı deputat gürcü politoloqun təxribatına CAVAB VERDİ

Azərbaycanlı deputat gürcü politoloqun təxribatına CAVAB VERDİ

19 Fevral 2020, 13:48

Gürcüstanlı politoloq Qubaz Samikidze Gürcüstanın “Kavkasion” telekanalının efirində qalmaqallı açıqlama verib. Politoloq Azərbaycanın Qax və Balakən rayonlarının gürcülərə məxsus olduğunu iddia edib.

 

Təbii ki, gürcü siyasətçinin bu fikirləri Azərbaycanda birmənalı qarşılanmayıb.

Hakim “Gürcü arzusu” partiyasının azərbaycanlı deputatı Mahir Dərziyev Modern.az-a açıqlamasında deyib ki,  belə məsələlərə fikir vermək lazım deyil:

“Zaman-zaman milliyyətçi dairələr televiziyada, mətbuat səhifələrində  bu cür fikirlər səsləndiriblər. Qax-Balakən, yaxud da, Türkiyənin hansısa bölgələrinin gürcülərə məxsus olduğunu söyləyiblər. Hesab edirəm ki, bu cür məsələlər siyasət müstəvisindən, ictimai gündəmdən kənarda olmalıdır”.

 

Mahir Dərziyev qeyd edib ki, bu cür mövzularla tarixçilər çıxış etsə, daha doğru olar:

“Qax-Balakən rayonları birmənalı olaraq  Azərbaycan torpağıdır. Bu gün azərbaycanlıların kompakt yaşadığı Borçalı da  Gürcüstan torpağıdır. Nöqtə. Yerdə qalan məqamları akademiklər, tarixçilər, filoloqlar araşdırıb tədqiqat aparmalıdırlar. Bu fikirlər siyasətçinin dilindən səslənə bilməz. Bunu deyən siyasətçi ola bilməz”.

 

Azərbaycanlı deputat təxribatçı fkirlər səsləndirən siyasətçini tanıdığını istisna etməyib:

“Qubaz Samikidzeni tanıyıram. Düzü, onun elə fikirlər söylədiyinə inanmıram. O, Azərbaycan xalqının  dostudur. Sadəcə olaraq o fikirləri harada və necə deyib onu bilmirəm. Gürcüstanın da, Azərbaycanın da beynəlxalq çərçivədə tanınmış sərhədləri var. Hesab edirəm ki, bu cür fikirlərin səslənməsi Azərbaycan-Gürcüstan münasibətlərinin ruhuna uyğun deyil”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi