Modern.az

“Kimsə qapını camaatın üzünə bağlayıb...” - Məzahir Pənahov

“Kimsə qapını camaatın üzünə bağlayıb...” - Məzahir Pənahov

19 Fevral 2020, 17:39

““Şikayət vermişəm baxmırlar” iddiası sanki təşkil olunmuş məsələdir”.

 

Modern.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiya sədri Məzahir Pənahov deyib.

 

O, sosial şəbəkələrdə paylaşılan bu iddiaları izlədiyini deyib:

 

“Mən baxıram, sosial şəbəkələrdə bir çox dairələr üzrə namizədlər bunu iddia edirlər. Bu bizim üçün qeyri-adi iraddır”.

 

MSK sədri deyib ki, bir çox namizədlər müəyyən edilmiş vaxt bitdikdən sonra müraicət ünvanlayırlar:

 

“Bu zaman isə şikayətlərə baxılmaması başadüşüləndir”.

 

M. Pənahov qeyd edib ki, MSK qapısı hər zaman açıq orqandır:

 

“Kimsə qapını camaatın üzünə bağlayıb, insanları içəri buraxmaya bilməz. Bir müddət öncə namizədlər buna əl atdılar. Amma namizəd olmaq kiməsə qanun pozmaq hüququ vermir”. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...