Modern.az

Bu həkimlər vəzifədən kənarlaşdırılırlar - Agentlik sədrindən AÇIQLAMA

Bu həkimlər vəzifədən kənarlaşdırılırlar - Agentlik sədrindən AÇIQLAMA

20 Fevral 2020, 12:14

"Əgər tibb müəssisəsində xəstənin ölümü baş veribsə, bu dərhal aidiyyəti qurum tərəfindən araşdırmaya götürülür".

  

Modern.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib:

 

"Ölümdə həkim səhlənkarlığı ilə bağlı məqam varsa, xəstəxananın səlahiyyəti ondan ibarətdir ki, həmin tibb işçisinə töhmət versin. Bu həm də qeydə alınan ölüm faktının ağırlıq dərəcəsindən asılıdır. Bu halda həmin şəxs tutduğu vəzifədən uzaqlaşdırıla bilər. 

  

Zəruri iddiaları əsaslandıracaq sənədlər, faktlar varsa, toplanılır və araşdırılması üçün hüquq mühafizə orqanlarına təqdim edilir. Artıq məhkəmə tibbi ekspertiza, Səhiyyə Nazirliyinin komissiyaları məsələyə müdaxilə edir. Aparılan araşdırmanın yekun nəticələrinə uyğun olaraq qərar verilir.

 

Hüquq mühafizə orqanları da yekun nəticə əsasında müvafiq cəza tədbiri seçir". 

  

Agentlik sədrinin sözlərinə görə, ola bilər ki, nəticədən asılı olaraq tibbi personal və həkim müəyyən cəzaya və ya müəyyən məbləğdə cərimə ödəmə məsuliyyətinə cəlb olunsun:

  

"Agentliyin işi bu kimi hadisələrin düzgün araşdırılması üçün zəruri faktları hüquq mühafizə orqanlarına təqdim etməkdir. Elə hadisələr olub ki, ölüm faktında həkim və tibbi personalın günahı sübuta yetirilir və onlar tutduqları vəzifədən kənarlaşdırılırlar".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi