Modern.az

Goranboyda vətənpərvərlik tədbiri keçirilib - FOTO

Goranboyda vətənpərvərlik tədbiri keçirilib - FOTO

20 Fevral 2020, 17:54

Goranboy rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin birgə təşəbbüsü ilə, Goranboy rayonunda “ Vətənin müdafiəsinə hazıram” mövzusunda hərbi vətənpərvərlik tədbiri keçirilib.

 

Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin birgə təşəbbüsü ilə, 20 fevral 2020-ci il tarixdə, Goranboy rayonunda “Vətənin müdafiəsinə hazıram” mövzusunda hərbi vətənpərvərlik  tədbiri keçirildi. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəis müavini General-mayor Mayıl Şahverdiyev, Təxris  olunmuş hərbiçi gənclərin maarifləndirilməsi İctimai Birliyin sədri Emin Həsənli, Hərbi vətənpərvərliyin təbliği İctimai Birliyin sədri Şəmistan Əlizamanlı, Milli Qəhrəman və şəhid ailələri, Qarabağ döyüşlərinin iştirakçıları, məktəblilər və gənclər  iştirak etdilər. Tədbirin əvvəlində, məktəblilər arasında keçirilən, Vətənpərvərlik mözusunda inşa yazı müsabiqəsinin qaliblərinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti tərəfindən diplomlar, Vətənpərvərlik istiqamətində apardıqları işlərə görə  bir qrup şəxslərə isə, rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edildi. Tədbirdə incəsənət ustalarının ifasında vətənpərvərlik mahnıları və məktəblilər tərəfindən ədəbi-bədii kompozisiyalar nümayiş etdirildi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir