Modern.az

MSK beynəlxalq qrossmeysterin anasının şikayətinə BAXDI

MSK beynəlxalq qrossmeysterin anasının şikayətinə BAXDI

Aktual

22 Fevral 2020, 17:46

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 66 saylı Biləsuvar Seçki dairəsi üzrə daxil olan müraciətə baxılıb.

 


Modern.az xəbər verir ki, bu barədə məlumat verən MSK üvü Tofiq Həsənov müraicətin həmin dairədən qeydə alınmış namizəd Lətifə Əliyevaya məxsus olduğunu bildirib.

 


MSK üzvü qeyd edib ki, L. Əliyeva dairənin bir çox məntəqələrində pozuntuların olduğunu iddia edərək, nəticələrin etibarsız sayılmasını tələb edib.


Araşdırma zamanı namizədin iddialarının təsdiqini tapmadığını qeyd edən T. Həsənov sosial şəbəkələrdə yerləşdirilmiş videogörüntlərdə də seçicilərin iradəsinin əksinə halın müşahidə olunmadığını bildirib.


MSK-nın ekspert qrupunun rəyi əsasında namizədin müraicəti təmin edilməyib.

 

Xatırladaq ki, L.Əliyeva beynəlxalq qrossmeyster Rauf Məmmədovun anasıdır.


Qeyd edək ki, həmin dairədən lider namizəd Bəhruz Məhərrəmovdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!