Modern.az

Azərbaycanın İranla sərhədində nəzarət tədbirləri gücləndirilib

Azərbaycanın İranla sərhədində nəzarət tədbirləri gücləndirilib

Aktual

23 Fevral 2020, 15:46

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Biləsuvar rayonunda, Azərbaycanla sərhəddə Biləsuvar sərhəd keçid məntəqəsində yeni koronavirusla mübarizə məqsədilə səhiyyə tədbirləri gücləndirilib.

 

Modern.az Trend.az-a istinadən məlumat verir ki, bunu İranın Ərdəbil vilayətinin yol nəqliyyat idarəsinin baş direktoru Əli Rəhməti deyib.

Ə.Rəhmətinin sözlərinə görə, Ərdəbil vilayətinin Tibb Elmləri Universiteti ilə razılaşma nəticəsində sərhəddə 24 saatlıq müayinələr tətbiq olunacaq.

 

Rəhməti əlavə edib ki, Biləsuvar sərhəd keçid məntəqəsinin bütün zalları dezinfeksiya olunur və işçilərə maskalar paylanılıb.

İdarə rəsmisi deyib ki, gündəlik 4,5 min nəfər əcnəbi vətəndaş bu sərhəd keçid məntəqəsi vasitəsi ilə İrana daxil olur.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı