Arxiv
25 Fevral 2020, 11:48 | AKTUAL
İtaliya səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək - Pərvin Kərimzadə

Cənubi Qafqaz regionunda Azərbaycan yeganə ölkədir ki, İtaliya ilə siyasi və iqtisadi dialoq ən yüksək səviyyədədir. İtaliya ilə Azərbaycan arasında illərin sınağından çıxan siyasi, iqtisadi, mədəni və elm sahələrində əməkdaşlıq bu gün digər Avropa ölkələri üçün örnək sayıla bilər.

 

Modern.az xəbər verir ki, bunu Gəncə Dövlət Universitetinin prorektoru, YAP Gəncə təşkilatının Qadınlar Şurasının sədri Pərvin Kərimzadə bildirib.

 

Onun sözlərinə görə, ölkə Prezidenti İlham Əliyevin bu günlərdə İtaliyaya uğurlu səfəri hər iki ölkə arasında münasibətlərin, əlaqələrin, əməkdaşlığın inkişafında yeni səhifə açdı.

 

Üç Avropa nəhəngindən biri kimi qitənin siyasi gündəmini müəyyənləşdirən gücə malik İtaliya kimi etibarlı və strateji tərəfdaşla münasibətləri inkişaf etdirmək, dialoq qurmaq ölkəmizin Avropada nüfuzunun, strateji rolunun artmasında da mühüm əhəmiyyət kəsb edəcək. Səfəri zamanı siyasi, müdafiə, iqtisadi-ticarət, kənd təsərrüfatı, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəni, elmi, turizm, idman sahələrinin əməkdaşlığına dair 28 sənədin imzalanması, müzakirə olunan məsələlər Trans-Adriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılması ölkələrimiz arasında yeni perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirdi.

 

Ölkə Prezidenti İlham Əliyevin İtaliyaya səfəri həm də onu göstərdi ki, İtaliya və Azərbaycan tərəfdaşlığı ancaq ticarət, turizm, investisiya, kənd təsərrüfatı, hərbi, eləcə də neft və qaz sahəsində məhdudlaşmır. 2020-ci ilin İtaliyada “Azərbaycan Mədəniyyət İli” elan olunması da mədəni əlaqələrin yüksək səviyyəsinin göstəricisi kimi xüsusi olaraq vurğulamaq olar.

 

Səfər çərçivəsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşü də Azərbaycan dünyada tolerantlığa, multikultural dəyərlərinə görə nümunəvi bir ölkə olduğuna daha bir nümunə oldu. Qürurverici məqam ondan ibarətdir ki, görüş zamanı Papa Fransisk xüsusi ilə ictimai-siyasi sabitliyin hökm sürdüyü Azərbaycanda dini icmalar arasındakı tolerant münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, ölkəmizdə həyata keçirilən daxili, xarici siyasəti yüksək dəyərləndirib.

 

Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir ki, Azərbaycanın multikultural, tolerant dəyərləri dünya miqyasında tanınır, bütün sahələrdə olduğu kimi, din sahəsində də sabitlik hökm sürür. İtaliyaya rəsmi səfər zamanı mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə – IX Piy Ordeninin Böyük Xaçına layiq görülməsi ölkəmiz bu gün dünyaya tolerantlıq və birgəyaşayış nümunəsi təqdim etdiyinin daha bir nümunəsi olub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda tikinti materialları bazarında yanğın başlayıb 2 Aprel 2020, 00:57 Bakıda qəza törədən sürücü qaçıb 2 Aprel 2020, 00:45 Koronavirus bu şəxsə bir ayda 4 milyard dollar qazandırdı - Foto 2 Aprel 2020, 00:26 Kəlbəcərsizliyin 27 ili  2 Aprel 2020, 00:08 Ordumuzun Aprel zəfərindən 4 il ötür 2 Aprel 2020, 00:01 Dünyada koronavirusa yoluxanların sayı milyona çatır 1 Aprel 2020, 23:47 Köçkünlər evdə qalmaq üçün Qarabağa qayıtmalıdırlar - ƏLÖVSƏT AĞALAROVLA #evdəqal SÖHBƏTİ 1 Aprel 2020, 23:35 Bakıda ağır yol qəzası: yaralı var 1 Aprel 2020, 23:17 Fransada daha 509 nəfər koronavirusdan öldü 1 Aprel 2020, 23:02 Koronavirus hava ilə yayıla bilir - VİDEO 1 Aprel 2020, 22:44 Ərdoğanla Putin koronavirusa qarşı mübarizəni müzakirə etdi 1 Aprel 2020, 22:29 UEFA klublara əlavə vaxt verir 1 Aprel 2020, 22:15 Bakı Media Mərkəzinin hazırladığı videoçarx İtaliyada böyük maraqla qarşılanıb 1 Aprel 2020, 22:03 Pandemiya ABŞ-ı bürüyüb - Yoluxanların sayı 200 mini ötdü 1 Aprel 2020, 21:49 Türkiyədə daha 2 148 nəfər koronavirusa yoluxdu 1 Aprel 2020, 21:38 Bu şəxslərə aylıq 250 manat mükafat veriləcək - RƏSMİ 1 Aprel 2020, 21:17 Gəncədə karantin rejimini pozan sakinlər cərimələndi 1 Aprel 2020, 21:03 İtaliyada daha 727 nəfər koronavirusdan ölüb 1 Aprel 2020, 20:48 Dövlət dili normalarını pozanlar bu qədər CƏRİMƏLƏNƏCƏK 1 Aprel 2020, 20:35 100 il əvvəl QARABAĞ necə azad olundu - Xosrov bəy Sultanovu bir daha tanıyaq 1 Aprel 2020, 20:19 Sumqayıtda karantin rejimini pozan yüzə yaxın şəxs cərimələndi 1 Aprel 2020, 20:01 Aqil Abbas haqqı 1 Aprel 2020, 19:56 ÜST-ün Baş direktorundan İlham Əliyevə: Azərbaycan müsbət bir nümunədir 1 Aprel 2020, 19:37 Çempionlar Liqasının yarımçıq qalan oyunları bu ayda başlayacaq 1 Aprel 2020, 19:18 Deputatlar onlayn iclas keçirdilər - FOTO 1 Aprel 2020, 19:06 Gənclərə güzəştli kreditlər veriləcək - Prezident fərman İMZALADI 1 Aprel 2020, 18:42 Millət vəkili pandemiya ilə bağlı veriləcək imtiyaz və güzəştlərdən DANIŞDI 1 Aprel 2020, 18:40 Milli Məclisin daha bir komitəsi onlayn iclas keçirib 1 Aprel 2020, 18:32 Dolların sabaha olan MƏZƏNNƏSİ 1 Aprel 2020, 18:23 Bakıda xüsusi karantin rejimini pozan daha bir obyekt cərimələndi 1 Aprel 2020, 18:23 Ombudsmandan əlillərlə bağlı vacib MÜRACİƏT 1 Aprel 2020, 18:17 “Qoy Uca Tanrı Azərbaycan xalqını qorusun!” - Mehriban Əliyeva 1 Aprel 2020, 18:09 Avrokuboklar və milli çempionatlar iyulda bərpa oluna bilər 1 Aprel 2020, 18:00 Sahibkarlara, məşğulluğun təmin edilməsinə ciddi güzəştlərin tədbiqi nəzərdə tutulub 1 Aprel 2020, 17:55 Deputatdan TƏKLİF: “Karantin dövründə mobil bankomatlar yaradılsın” 1 Aprel 2020, 17:50