Arxiv
25 Fevral 2020, 14:11 | AKTUAL
Əhəd Abıyev Zəylik sakinlərinin problemini dinlədi - FOTOLAR

Daşkəsən İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Zəylik kəndində vətəndaşların növbəti səyyar qəbul-görüşünü keçirib.

 

Modern.az xəbər verir ki, əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə fevralın 25-də Daşkəsəndə güclü qarın yağmasına baxmayaraq  rayonun Zəylik kəndində keçirilən səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.

 

Səyyar qəbul-görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev  Zəylik kənd sakinlərini salamlamış, Novruz bayramının ilk Su çərşənbəsi münasibətilə, kənd sakinlərinə su kimi aydınlıq, süfrələrində bol-bol ruzi-bərəkət arzulamışdır.

Əhəd Abıyev çıxışında qeyd etmişdir ki, ölkə başçısı hörmətli cənab İlham Əliyevin səyyar qəbullarla bağlı tapşırıq və tövsiyəsinə əsasən siz kənd sakinlərinin müraciətlərini dinləmək üçün gəlmişik.

Əvvəlki səyyar qəbullarda olduğu kimi bu görüşümüzün də əsas məqsədi siz kənd sakinlərini narahat edən məsələlərin həllidir.

 

Vurğulamaq istəyirəm ki,  vətəndaşların narahatlığına səbəb olan məsələləri öyrənərək daxili imkanlar hesabına həlli mümkün olan  məsələləri operativ şəkildə yerində həll edirik, böyük maliyyə vəsaiti və vaxt tələb edən məsələlər barədə Prezident Administrasiyasına lazımi məlumat verməklə aidiyyəti nazirliklər və təşkilatlar qarşısında məsələ qaldırırıq, icrası nəzarətə götürülür.

Hamınıza məlum olduğu kimi, cənab Prezident İlham Əliyevin İtaliya Respublikasında rəsmi səfəri zamanı Roma Papası Fransisk tərəfindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Arif qızı Əliyeva Cəngavər Ordeninin ən ali dərəcəsi ilə təltif edilmişdir. Bu yüksək ali ordenlə bağlı hörmətli Mehriban xanım Əliyevanı ürəkdən təbrik edirik.

 

 

Əziz kənd sakinləri, sabah Daşkəsən Rayon İcra Hakimiyyətində 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçiriləcək. Xocalı soyqırımı insanlığa qarşı cinayətdir.  Biz əminik bu qanlı faciənin cinayətkarları öz layiqli cəzalarını alacaqlar. Çünki belə ağır cinayət cəzasız qala bilməz. Faciə qurbanlarınının əziz xatirəsini ehtiramla anırıq və Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

 

 

Sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tərəfindən kənd sakinlərini narahat edən məsələlərlə bağlı  müraciətlər dinlənilib.

Müraciətlər kənddə tibb məntəqəsinin, Quşçu-Zəylik avtomobil yolunun təmiri, qaz xəttinin çəkilməsi, nasaz elektrik dirəklərinin dəyişdirilməsi və digər problemlər barədə olub.

Görüşdə sakinləri narahat edən məsələlər ətrafında müzakirələr aparılaraq qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tərəfindən aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Əksər müraciətlər yerində müsbət həllini tapıb.

Kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanın bu rayonunda maskalar pulsuz paylanacaq 5 Aprel 2020, 20:44 Bu ölkədə bir sutkada 674 nəfər koronavirusdan öldü 5 Aprel 2020, 20:30 Gürcüstanda koronavirusa yoluxanların sayı artdı 5 Aprel 2020, 20:27 Fəzail Ağamalı qarət olmasından DANIŞDI 5 Aprel 2020, 20:22 AMEA karantin rejimində necə İŞLƏYİR? 5 Aprel 2020, 20:16 Teledərslərin sabahkı cədvəli AÇIQLANDI 5 Aprel 2020, 20:15 Gəncədə həyat yoldaşını yandıran şəxs saxlanıldı - TƏFƏRRÜAT 5 Aprel 2020, 20:04 Azərbaycanda koronavirusdan daha 2 şəxs vəfat etdi 5 Aprel 2020, 19:33 Koronavirusa yoluxan keçmiş Baş Nazir öldü 5 Aprel 2020, 19:07 “Təcili tədbir görülməsə, yoluxmalar daha da artacaq!” - Karantin həkimindən HƏYACAN TƏBİLİ 5 Aprel 2020, 18:40 Koronavirus Bakı küçələrini boş qoyub - FOTOLAR 5 Aprel 2020, 18:04 Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN 5 Aprel 2020, 17:47 Bu ölkə məscidləri bağlayır - Fətva verildi 5 Aprel 2020, 17:41 ASAN-dan tövsiyə: SMS müraciətlərini  1 saat öncədən həyata keçirsinlər 5 Aprel 2020, 17:39 Hollandiyada bir gündə 1224 nəfər koronavirusa yoluxub, 115-i ölüb 5 Aprel 2020, 17:24 Türkiyə vaksinin ilk sınağını keçirdi  5 Aprel 2020, 17:10 Şəkidə icazəsiz hərəkət edənlər barəsində qanunauyğun tədbirlər görülüb 5 Aprel 2020, 17:02 Mingəçevirdə qaydaları pozan 12 nəfər cərimələnib 5 Aprel 2020, 16:58 “Relax”da karantin müddətini başa vuran 197 nəfər evə buraxılıb - VİDEO 5 Aprel 2020, 16:44 Portuqaliyada daha 754 nəfər koronavirusa yoluxub 5 Aprel 2020, 16:44 FHN koronavirusla mübarizə üçün çağırış edib - VİDEO 5 Aprel 2020, 16:35 Bu ölkədə də koronavirus aşkarlandı 5 Aprel 2020, 16:34 Britaniyalılar hakimiyyətin çağırışına məhəl qoymayaraq gəzintiyə çıxıb 5 Aprel 2020, 16:22 Qubada 18 yaşlı oğlan yanaraq ölüb 5 Aprel 2020, 16:12 Bakıda icazə olmadan hərəkət edən şəxslər barədə tədbirlər görülüb 5 Aprel 2020, 15:58 İmişlidə karantin rejimini pozan 20 nəfər və 2 iaşə obyekti cərimə edilib 5 Aprel 2020, 15:46 Azərbaycan millisi dünya reytinqində irəliləyib 5 Aprel 2020, 15:41 Xoşmissiyalı koronavirus 5 Aprel 2020, 15:37 Azərbaycanda koronavirusa 63 yeni yoluxma qeydə alındı 5 Aprel 2020, 15:20 İndoneziyada koronovirusa yoluxanların sayı 2270 nəfəri ötüb 5 Aprel 2020, 15:15 Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır- Polad Bülbüloğlu 5 Aprel 2020, 15:11 Rusiyada koronavirusa yoluxanların sayı 5 400 nəfərə çatır 5 Aprel 2020, 15:05 Hondurasın eks-prezidenti ABŞ-da öldü 5 Aprel 2020, 14:58 "Fənərbağça"nın kapitanı azərbaycanlılara müraciət etdi  5 Aprel 2020, 14:51 İranda koronavirusdan ölənlərin sayı 3 600 nəfəri ötdü 5 Aprel 2020, 14:48