Modern.az

87 məntəqə seçki komissiyası buraxılıb

87 məntəqə seçki komissiyası buraxılıb

Aktual

25 Fevral 2020, 20:01

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da Milli Məclisə keçirilən seçkilərin ümumi yekunlarına dair protokolun tərtibinə başlayıb.

 
Modern.az  xəbər verir ki, MSK-da  seçkilərin yekunlarının yoxlanılması və təsdiqlənməsi üçün DSK protokollarının, əlavə sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə müzakirələr aparılıb.

 

MSK katibi Arifə Muxtarova bildirib ki, yoxlamalar aparılarkən bir sıra məntəqələrin ləğvi barədə hüquqi əsaslar yaranıb.

 

Bu məntəqələr 11 saylı Qaradağ seçki dairəsinin 5 saylı seçki  məntəqəsi, 54 saylı Şabran-Siyazən seçki daiərsi üzrə 12, 19, 45, 61, 91 Ucar seçki dairəsi üzrə 8, 13, 20, 101 saylı, Göygöl-Daşkəsən seçki dairəsi üzrə 3, 6, 24, 32, 42 saylı, 124 saylı Şuşa-Ağdam- Xocalı-Xocavənd seçki dairəsi üzrə isə 66 saylı seçki məntəqələridir.

Ümumilikdə, 87 seçki məntəqəsi və məntəqə seçki komissiyaları buraxılıb.

 

Sizə yeni x var
Keçid et
Mehdiyevin Əli Kərimliylə gizli əlaqəsi - Putinin məkirli planı