Arxiv
26 Fevral 2020, 09:13 | MƏDƏNİYYƏT
Allahverdi, İmamverdi, indi də Cəlal: Ermənilərin övladlarına azərbaycanlı adları vermək ƏNƏNƏSİ... 

Allahverdi, İmamverdi. Yəqin xatırladınız, Cəfər Cabbarlının “1905-ci ildə” pyesində səngərdə qarşı-qarşıya gələn qonşular, azərbaycanlı və erməni…

Ermənilər həmişə övladlarına Azərbaycanlı adı qoyublar. Burada heç bir məcburiyyətdən söhbət gedə bilməz.

Sadəcə, dünya çapında oturuşmuş bir məsələ var ki, hər zaman gəlmələr aborigenlərə yaxın olmaq üçün  özlərini onların mədəniyyətinə, məişətinə yaxın göstərməyə çalışıb, övladlarına onlara məxsus adları qoyublar. Bəli, bu, dünyanın hər yerində gəlmələrə məxsus xüsusiyyətdir.

İndi ermənilər nə qədər danmağa çalışsalar da, gəlmə xüsusiyyətləri onlarda özünü hər zaman biruzə verib.

Çox da uzağa getməyək.

Ötən gün Azərbaycanın işğal altındakı Qarabağ torplaqlarında yaradılan qondarma rejimdə kadr dəyişikliyi olub.

Rejimin yeni “müdafiə naziri” postuna Cəlal Arutunyan təyinat alıb. Yeni komandirin ermənilər arasında rast gəlinməyən, Cəlal adını daşıması istər erməni, istərsə də işğal altındakı regionda baş verənləri monitorinq edən azərbaycanlı jurnalistlərin marağını çəkib.

 

Modern.az məsələ ilə bağlı sosial şəbəkələrin erməni seqmentində kiçik araşdırma aparıb. Bu araşdırma Qarabağda yaşayan ermənilər arasında övladlarına müsəlman adları vermək ənənəsinin uzun illər mövcud olduğunu göstərir.

Armen Manas adlı erməni istifadəçisi sosial şəbəkədə öz fikirlərini bölüşərək “Maraqlı addı...Cəlal...ilk dəfədir ki, erməni də bu adı eşidirəm”-deyə sual edib.

 

Digər istifadəçi Gevond Saqatelyan isə onun təəccüb dolu sualına geniş şərh verib.

“Erməni knyazı Həsən Cəlalın adı bəs səni narahat etmir? Qarabağda neçə-neçə Cəlal tanıyıram ki, onlardan 2-si Vəngli kəndində yaşayırlar. Bundan başqa, Qarabağda Baba, Fəridə, Gülzar, Rövşən, Əlixan və s. adlar daşıyan insanlar yaşayır. Yer gəlmişkən, mənim əmimoğlu Əlixan müharibə iştirakçısıdır”.

 

Müzakirələrə qoşulan Nune Ariyanın fikirləri isə Qarabağ erməni arasında müsəlman adlarının yayqın olması səbəbini daha məntiqli izah edirdi.

“Ailədə uşaq ölümləri tez-tez baş verəndə, xristian ölüm mələyini aldatmaq üçün yeni doğulan körpəyə müsəlman adı qoyurdular. Mənim xalamın adı Leyla idi. O, 5 qardaş-bacısının ölümündən sonra doğulmuşdu”.

 

Virtual debatın sonunda isə Boris Mirzoyan adlı istifadəçi öz soydaşlarını vətənpərvər olmamaqda, ermənilərin müsəlman adları ilə yanaşı, Con, Hamlet, Henrix, Artur və Robert kimi Qərb adlarını da geniş istifadə etməsini tənqid atəşinə tutub.

“Qoy üstümə hamı daş atsın, amma bizdə qeyri-erməni adlarının sayı həddən artıq çoxdur. İndiki  və keçmiş hakimiyyətin axmaqlığı ucbatından biz tezliklə, nəinki tarixdəki yerimizi, həm də adlarımızı da itirəcəyik”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputat koronavirusla bağlı Mingəçevirdəki son vəziyyəti AÇIQLADI 6 Aprel 2020, 16:48 Jurnalistikada da, sosial şəbəkədə də fürsətçi dələduzlar var - DEPUTAT 6 Aprel 2020, 16:46 İlham Əliyev karantin rejiminin qüvvədə qalacağı tarixi AÇIQLADI 6 Aprel 2020, 16:38 Azərbaycan 600 min işçini dövlət hesabına maliyyələşdirəcək - İlham Əliyev 6 Aprel 2020, 16:33 İşsizlərin nəzərinə - qeydiyyat yalnız bu qaydada aparılır 6 Aprel 2020, 16:31 Prezidentdən XƏBƏRDARLIQ: “Belə addımlar xəyanət kimi qəbul ediləcək” 6 Aprel 2020, 16:28 Ölkə başçısı xaricdən təxliyə edilən vətəndaşların sayını AÇIQLADI 6 Aprel 2020, 16:26 İlham Əliyev koronavirus təhlükəsilə bağlı xalqa MÜRACİƏT ETDİ 6 Aprel 2020, 16:11 Prezident və birinci xanım maska istehsalı müəssisəsinin AÇILIŞINDA - YENİLƏNİB 6 Aprel 2020, 16:09 Putin Paşinyanla qazın qiymətini müzakirə edib 6 Aprel 2020, 16:04 Pensiya və müavinət alanlara şad xəbər: pulunuzu istənilən bankomatdan əlavə faiz tutulmadan çıxara bilərsiz 6 Aprel 2020, 15:58 Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək - FAKTİKİ HAVA 6 Aprel 2020, 15:52 Vergi hesabatlarının verilməsi müddətləri AÇIQLANDI 6 Aprel 2020, 15:48 Bakıda saxta icazə arayışını 20 manata satan şəxs tutuldu 6 Aprel 2020, 15:44 Azərbaycanda daha 57 şəxsdə koronavirus aşkarlandı, 12 nəfər sağaldı 6 Aprel 2020, 15:32 "Dərs vaxtı"nın 7 aprel cədvəli 6 Aprel 2020, 15:24 Bu ölkədə pandemiya qurbanlarının sayı 13 mini ötdü 6 Aprel 2020, 15:22 Bir uşağın koronavirusa yoluxması nənə-babasının ölümünə SƏBƏB ola bilər 6 Aprel 2020, 15:16 Gənclər “Tələbə baharı”na dəvət olunur 6 Aprel 2020, 15:11 Koronavirusla mübarizə mövzusunda hekayə müsabiqəsi elan olundu 6 Aprel 2020, 15:03 Prezidentlərin oxuduğu azərbaycanlı YAZIÇI 6 Aprel 2020, 15:03 Həcc ziyarəti ləğv olunmaya bilər 6 Aprel 2020, 15:01 Bakıda keçiriləcək beynəlxalq sərgilərin vaxtı dəyişdirildi 6 Aprel 2020, 14:59 Qənirə Paşayeva 500 veterana tibbi-qoruyucu vasitə göndərdi 6 Aprel 2020, 14:52 Azərbaycanda hərbi çağırışçılara MÜRACİƏT 6 Aprel 2020, 14:43 COVİD-19-dan ölənlərin sayı 70 mini keçdi 6 Aprel 2020, 14:29 Neftin taleyi cümə axşamı HƏLL OLUNACAQ: ya havayı olacaq, ya da... - ŞƏRH 6 Aprel 2020, 14:27 ABŞ-ın baş infeksionistindən bədbin proqnoz: “Koronavirusu tam məhv etmək mümkün olmayacaq” 6 Aprel 2020, 14:01 Bəzi tələbələrin təhsil haqqını dövlət ödəyəcək - Layihə hazırlanır 6 Aprel 2020, 13:55 Neftlə bağlı Moskva və Ər-Riyadın razılaşmadığı əsas MƏQAM 6 Aprel 2020, 13:44 Milli Məclisin iki deputatı TƏBİB-in çağırışına qoşuldu: Könüllü olmağa hazırıq 6 Aprel 2020, 13:40 Sabahın HAVA PROQNOZU - güclü külək, yağış... 6 Aprel 2020, 13:27 Koronavirus nə zaman bitəcək? – Ekspertlərdən fərqli PROQNOZLAR 6 Aprel 2020, 13:19 Koronavirusdan sağalan hamilə qadın uşaq dünyaya gətirdi 6 Aprel 2020, 13:17 Ermənistanda qadın minaya düşdü 6 Aprel 2020, 13:13