Arxiv
26 Fevral 2020, 10:41 | MƏDƏNİYYƏT
Xəstəlik gələcəksə, spirtlə dolu qabın içinə girsən də xeyri olmayacaq - Sənətçilər

Çində aşkarlanmış koronavirus dalğası qonşu İranda 12 nəfərin həyatına son qoydu. Bu isə ölkəmizdə ciddi narahatlıqla qarşılandı.

 

Ölkənin tanınmış incəsənət xadimləri koronavirusdan necə qorunurlar?

Bu sualla Modern.az bir neçə məşhurla əlaqə saxlayıb.

 

Xalq artisti, görkəmli tarzən Ramiz Quliyev saytımıza bildirib ki, maskadan istifadə etmir, elə bir şey yoxdur ki, insan səhhətindən əziz olsun. “Hər kəs oturduğu ictimai yerlərdə, insanlarla adi söhbətlərində belə, diqqətli olsalar daha yaxşıdır. Təbii ki, bunlar əldən başlayıb, üzdə qurtarır.

Hətta eşitdiyimə görə elələri var ki, nəinki əlini yuyur, heç aylarla  hamamdan istifadə etmirlər. Əslində elə insanları təsəvvür etmirəm, amma çox təssüf ki, belələri var. Dəhşətlisi budur ki, günlərlə əlini yumayanlar da var. Mənə elə gəlir ki, bunun hamısı tənbəllikdən irəli gəlir. Viruslar getikcə çoxalır, virusun da ən böyük düşməni gigiyenik qaydalara əməl etməməkdir. Əslində ölkəmizdə çox gözəl şərait qurulub, təssüf ki, elə yerlər var ki, elə ordan qaçmaq lazımdır. Bax, elə yerlərdə hər şey ola bilər, nəinki epidemiyalar, elə koronavirusun özü də ola bilər”.

 

Əməkdar artist, “Bülbüllər” qrupunun yaradıcısı Aybəniz Haşımova da tibbi maskalardan istifadə etmədiyini söyləyib:

“Bilirsiniz ki, mən daha çox uşaqlarla çalışıram və bu üzdən də həmişə öz ehtiyatımı tuturam. O gün olmaz ki, mənim çantamda spirt olmasın. İnanırsınız ki, həm özümün , həm də  uşaqların əllərini spirtləyirəm. Bu koronavirusa görə deyil, ümumiyyətlə mən viruslardır, xəstəliklərdir, bunlara qarşı çalışıram ki, həmişə tədbirli olum.

Vay o gündən ki, uşaqlardan biri qrip ola, bütün sinifi dizinfeksiya edirəm. Düşünürəm ki, bu daimi olmalıdır, tək virusla bağlı olmamalıdır. İnsanlar öz sağlamlıqlarını qorumaq üçün özləri özlərinin həkimi olmalıdır. Hesab edirəm ki, ilk variantlardan biri də spirtdir. Həmişə əl, burun və ağız nahiyələrini spirtləməlidirlər ki, infeksiya, viruslar onlardan yan keçsin. Mənə elə gəlir ki, insanlar bu kimi şeyləri yerinə yetirsələr virusları rahat dəf edə biləcəklər”.

 

Əməkdar artist, aktrisa Mehriban Xanlarova koronavirusdan qorunmadığını deyib:

“Əgər o xəstəlik gəlib məni tutacaqsa, istəyirsən 10 dənə maska tax, istəyirsən, spirtlə dolu qabın içinə gir, yenə də xeyiri yoxdur. Allah göstərməsin, alnımıza yazılıbsa, olacaq. Dünən mən bəlkə də yalan olmasın 10 aptekə girdim, bir maska tapa bilmədim. Əslində elə-belə yoxlamaq üçün girdim, ehtiyacdan girmədim.

Dünən 10 qəpiyə aldığımız maskalar bu gün 50 qəpiyə satılır. Mən belə başa düşürəm ki, maskalarla spirt satılmırdı, bu koronavirus bunlar üçün bir bəhanə oldu. Mən daha çox portağal, kivi yeyirəm ki, vitamin C bol olsun . Onunla da çıxıb getsin. Ancaq daimi spirtdən istifadəni də yaddan çıxartmıram. Yəni məhz koronavirusa görə deyil ha, həmişə çantamda spirt gəzdirirəm”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünyanın ən rəqəmsal ölkəsi – Estoniyadan koronvirusla MÜBARİZƏ ÖRNƏYİ 31 mart 2020, 17:39 Azərbaycanda bəzi yerlərdə ov etmək qadağan olunacaq 31 mart 2020, 17:33 Deputatlardan çağırış: “Müharibədir, səfərbər olmalıyıq” 31 mart 2020, 17:26 Azərbaycanda virusa yoluxma və ölüm sayı çox aşağı səviyyədədir - İlham Əliyev 31 mart 2020, 17:12 Koronavirusdan sağalan xəstələrdə hansı fəsadlar ola bilər? 31 mart 2020, 17:05 Rüştü Rəcbərin vəziyyəti kritikdi – koronavirusa görə 31 mart 2020, 16:58 Ölkəmizdə koronavirusa doğru pik gediş var - DEPUTATDAN HƏYƏCAN TƏBİLİ 31 mart 2020, 16:52 Metronun fəaliyyəti tam DAYANDIRILIR 31 mart 2020, 16:46 Həqiqi hərbi xidmətə çağırışın müddəti uzadıldı - SƏRƏNCAM 31 mart 2020, 16:42 Azərbaycan parlamentində onlayn iclas  31 mart 2020, 16:41 Bu ölkədə “koronavirus” sözü qadağan edildi 31 mart 2020, 16:38 Vətəndaşları bütün qaydalara əməl etməyə çağırıram - Prezident 31 mart 2020, 16:32 “Tibbi sığorta haqqında” qanuna dəyişiklik edildi 31 mart 2020, 16:26 İlham Əliyev: “Dinamikanın artmasına səbəb bəzi vətəndaşların məsuliyyətsizliyidir” 31 mart 2020, 16:20 Polşadakı azərbaycanlılar təxliyə olunmalarını gözləyir 31 mart 2020, 16:14 Azərbaycanda koronavirusdan ölənlərin sayı 5-ə çatdı - 24 nəfər yoluxdu 31 mart 2020, 16:07 Mikayıl Cabbarovdan nazirliyin tabeliyində olan qurumların rəhbərlərinə MÜRACİƏT 31 mart 2020, 16:02 Ermənilər tarixi cinayətlərinə görə cavab verəcəklər - Bəyanat 31 mart 2020, 15:56 Prezident Mikayıl Cabbarovu qəbul etdi 31 mart 2020, 15:50 Rövşən Rzayev videoqəbul keçirdi - FOTOLAR 31 mart 2020, 15:45 Goranboyda 68 tənha ahıl ailəyə ərzaq paylanılıb 31 mart 2020, 15:40 Azərbaycanda virusa yoluxma sayı gündəlik artır - Operativ Qərargah 31 mart 2020, 15:33 Ermənistan Rusiyadan qazın qiymətini ucuzlaşdırmasını istəyir 31 mart 2020, 15:32 Koronavirusa yoluxanların sayı 800 mini ötdü 31 mart 2020, 15:21 Azərbaycan dövləti müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramını həyata keçirir - Naqif Həmzəyev 31 mart 2020, 15:15 Sabaha olan teledərsin cədvəli açıqlandı 31 mart 2020, 15:08 Koronavirusa yoluxmama ümidi ilə... 31 mart 2020, 15:01 BMU-da tədrisin onlayn təşkilinin ilkin nəticələri müzakirə olunub 31 mart 2020, 14:56 İcbari tibbi sığortanın tətbiqi gələn ilə QALDI 31 mart 2020, 14:50 Bakıda dəfn mərasimində insident, Şaumyanla Rəsulzadənin uğursuz danışıqları  - SOYQIRIMININ XRONİKASI 31 mart 2020, 14:45 Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən pulun məbləği 100 milyon manatı keçib 31 mart 2020, 14:38 Mətbuat Şurası jurnalistlərə xüsusi rejimlə bağlı TÖVSİYƏLƏR VERDİ 31 mart 2020, 14:32 “Burda da əvvəl virusu ciddiyə alan yox idi” - Norveçdə yaşayan azərbaycanlı jurnalistlə #evdəqal SÖHBƏTİ 31 mart 2020, 14:26 Millət vəkili: “Atılan addımlar yaxın gələcəkdə səmərə verəcək”   31 mart 2020, 14:26 Rusiyada karantin şərtlərini pozanlar həbs OLUNACAQ 31 mart 2020, 14:22