Modern.az

Koronavirus İrandan Azərbaycana turist axınını AZALDACAQ

Koronavirus İrandan Azərbaycana turist axınını AZALDACAQ

26 Fevral 2020, 14:32

Çindən dünyaya yayılan koronavirus sağlamlığa təhlükə törətməklə yanaşı, ciddi siyasi və iqtisadi gərginlik də yaradıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, xəstəlik səbəbindən turizm axını, aviasiya reyslərinin sayı kəskin azalıb. Azərbaycanın sıx iqtisadi və siyasi əlaqələr saxladığı İran da koronavirusun tapılması mənfi tendensiyanın Azərbaycana da sirayət etməsinə zəmin yaradıb.

 

Dövlət Turizm Agentliyinin sektor müdiri Kənan Quluzadə Modern.a-za açıqlamasında İranda koronavirusun tapılmasının Azərbaycanın turizm potensialına zərər vuracağını istisna etməyib.

“Koronavirusun virus olmağıyla yanaşı həmçinin turistlərdə psixoloji problemlər yaradıb. Bir çox insanlar koronavirus olan ölkələrdən əlavə, hətta bu virus olmayan olmayan ölkələrə də səyahətlərini təxirə salırlar. Biz proqnozlaşdırdıq ki, bu il İrandan gələn turistlərin sayı 300.000-ni keçəcək. Təxminən 20% artım gözləyirdik. Əlbəttə ki, bu koronavirus məsələsi həm qlobal səviyyədə, həm də regional səviyyədə buna təsir edə bilər”.

 

Turizm üzrə ekspert Müzəffər Kərimov da koronavirusun turizmə mənfi təsirindən danışıb.

“Ümumiyyətlə sağlamlıq, hərbi məsələlər, səhiyyəyə, iqtisadiyyat, siyasi və digər məsələlər turizmə maneəçilik törədən amillərdi. Yadınıza salmaq istəyirəm ki, Yaxın Şərqdə müharibələr gedən zaman Misir, Suriya və İraqa tez-tez turizm səfərləri edən indi isə ora çox az gedirlər. Koronavirusda aradan qalxandan sonra yenə gediş-gəliş bərpa olunacaq. Bir şeyi yadda saxlamaq lazımdır ki, insanların sağlamlığı ilk vəzifədir. Koronavirusla əlaqədar qəbul edilən məsələlər insanların təhlükəsizliyini təmin etməkdir. Ölkənin, insanların maraqlarına uyğun müvafiq orqanlar hansı qərarı qəbul edirlərsə çox düzgün və yerində edirlər”.

 

Səkinə ƏLƏKBƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?