Arxiv
26 Fevral 2020, 16:53 | ÖLKƏ
Xocalı Soyqırımına görə Azərbaycan niyə Beynəlxalq Məhkəməyə müraciət etmir? – XİN-dən ZİDDİYƏTLİ CAVAB               

Bu gün Xocalı soyqrımının 28-ci ili tamam olur. Ancaq soyqırımla bağlı hələ də bəzi suallar cavabsız qalır.  

Hər il başda BMT olmaqla, dünyanın beynəlxalq təşkilatlarını, böyük dövlətləri Xocalı soyqırımını tanımadığına, bu akta hüquqi qiymət vermədiyinə görə tənqid edirik.

 

Ancaq bilmədiyimiz məsələ odur ki, dünyanın Xocalı soyqırımına hüquqi qiymət verməsi üçün Azərbaycan hansısa  instansiyalara müraciət edibmi?

 

Soyqırımı faktının hüquqi tərəfinə nəzər saldıqda bəzi boşluqlar diqqət çəkir. Azərbaycan tərəfinin soyqırımla bağlı BMT kimi nəhəng beynəlxalq quruma müraciət edib-etməməsi bəzi sualları cavabsız qoymaqdadır.

 

Əgər Azərbaycan məsələ ilə bağlı BMT-yə müraciət edibsə, o zaman niyə cavab verilməyib? Yaxud da əksinə, müraciət edilməyibsə, buna səbəb nədir?

 

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az-a açıqlamasında bildirib ki,   Xocalı soyqırımı ilə bağlı BMT-yə müraciət etməyə ehtiyac yoxdur:

 “Çünki digər beynəlxalq qurumlar da var və bunlar insanlığa qarşı hansısa cinayətləri bu və ya digər şəkildə öyrənib ona qiymət verirlər. Problem ondan ibarətdir ki, beynəlxalq kriminal məhkəməsi və insanlığa qarşı olaylarla bağlı qurumlar Xocalı soyqırımından sonra yaradılıb. Yeganə problem odur ki, bunların  hadisələrə qiymət vermək imkanları da yoxdur”. 

 

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva da məsələ barədə Modern.az-a danışıb.

XİN rəsmisinin sözlərinə görə, Xocalı soyqırımı ilə bağlı hər il Azərbaycanın BMT nümayəndəliyi yanındakı rəhbərliyi tərəfindən Baş katibə məktublar ünvanlanır:

“Bu məktublar BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının  sənədləri kimi yayımlanır. Məktublarda, müraciətlərdə  Xocalı soyqrımının mahiyyəti, sübutlar, beynəlxalq müşahidəçilər, o cümlədən KİV-də işıqlandırılmaqla bağlı məqamlar öz əksini tapır”.

 

Leyla Abdullayevanın sözlərinə görə,  Beynəlxalq Ədalət Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəməsi soyqırım məsələsində fərqli yanaşma sərgiləyir:

“BMT-nin tərkibində ayrıca Beynəlxalq Ədalət Məhkəməsi var. Beynəlxalq Ədalət Məhkəməsi 1946-ci ildə yaradılmış strukturdur. Ədalət Məhkəməsi dövlətlərarası münasibətlərdə suverenlik məsələlərinə baxır. Amma fərdi şəxslərin soyqrımı və insanlıq əleyhinə cinayətlərlə bağlı müraciətinə baxmır. Bu məsələlərə Beynəlxalq Cinayət Məhkəməsi baxır. Beynəlxalq Cinayət Məhkəməsi isə müstəqil qurumdur. Onun BMT-dən asılılığı yoxdur. Onun da yurisdiksiyasını nə Azərbaycan, nə də Ermənistan tanıyır. Heç bir dövlət onun yurisdiksiyasını tanımır.

Azərbaycan bu məsələlərlə bağlı istər BMT, istərsə də digər beynəlxalq qurumlarda sənədlərin tanınması,  məlumatlandırma, həqiqətlərin çatdırılması kimi məsələləri ön plana qoyur”.

 

Leyla Abdullayeva  Azərbaycanda Xocalı soyqrımının milli səviyyədə qəbul olunduğunu da qeyd edib. Milli Məclisin  1994-cü il fevral tarixli qərarı ilə  Xocalı hadisələrinin soyqırım kimi elan olunduğunu deyib.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirus Bakı küçələrini boş qoyub - FOTOLAR 5 Aprel 2020, 18:04 Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN 5 Aprel 2020, 17:47 Bu ölkə məscidləri bağlayır - Fətva verildi 5 Aprel 2020, 17:41 ASAN-dan tövsiyə: SMS müraciətlərini  1 saat öncədən həyata keçirsinlər 5 Aprel 2020, 17:39 Hollandiyada bir gündə 1224 nəfər koronavirusa yoluxub, 115-i ölüb 5 Aprel 2020, 17:24 Türkiyə vaksinin ilk sınağını keçirdi  5 Aprel 2020, 17:10 Şəkidə icazəsiz hərəkət edənlər barəsində qanunauyğun tədbirlər görülüb 5 Aprel 2020, 17:02 Mingəçevirdə qaydaları pozan 12 nəfər cərimələnib 5 Aprel 2020, 16:58 “Relax”da karantin müddətini başa vuran 197 nəfər evə buraxılıb - VİDEO 5 Aprel 2020, 16:44 Portuqaliyada daha 754 nəfər koronavirusa yoluxub 5 Aprel 2020, 16:44 FHN koronavirusla mübarizə üçün çağırış edib - VİDEO 5 Aprel 2020, 16:35 Bu ölkədə də koronavirus aşkarlandı 5 Aprel 2020, 16:34 Britaniyalılar hakimiyyətin çağırışına məhəl qoymayaraq gəzintiyə çıxıb 5 Aprel 2020, 16:22 Qubada 18 yaşlı oğlan yanaraq ölüb 5 Aprel 2020, 16:12 Bakıda icazə olmadan hərəkət edən şəxslər barədə tədbirlər görülüb 5 Aprel 2020, 15:58 İmişlidə karantin rejimini pozan 20 nəfər və 2 iaşə obyekti cərimə edilib 5 Aprel 2020, 15:46 Azərbaycan millisi dünya reytinqində irəliləyib 5 Aprel 2020, 15:41 Xoşmissiyalı koronavirus 5 Aprel 2020, 15:37 Azərbaycanda koronavirusa 63 yeni yoluxma qeydə alındı 5 Aprel 2020, 15:20 İndoneziyada koronovirusa yoluxanların sayı 2270 nəfəri ötüb 5 Aprel 2020, 15:15 Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır- Polad Bülbüloğlu 5 Aprel 2020, 15:11 Rusiyada koronavirusa yoluxanların sayı 5 400 nəfərə çatır 5 Aprel 2020, 15:05 Hondurasın eks-prezidenti ABŞ-da öldü 5 Aprel 2020, 14:58 "Fənərbağça"nın kapitanı azərbaycanlılara müraciət etdi  5 Aprel 2020, 14:51 İranda koronavirusdan ölənlərin sayı 3 600 nəfəri ötdü 5 Aprel 2020, 14:48 Naftalanda onlayn Yoqa məşğələləri – Evdə qal, sağlam qal! 5 Aprel 2020, 14:45 Azərbaycanda koronavirusla mübarizədə ordudan istifadə oluna bilərmi? – Fərid Şəfiyev cavablayır 5 Aprel 2020, 14:34 Evdən çıxarkən üstünüzdə bu sənədlər olsun - XƏBƏRDARLIQ 5 Aprel 2020, 14:22 Apteklərdəki spirtlə bağlı əhaliyə ciddi xəbərdarlıq 5 Aprel 2020, 14:14 Bakıda qadın yanğın zamanı özünü binadan yerə ataraq ölüb 5 Aprel 2020, 14:06 Ukraynada koronavirusdan ölənlərin sayı isə 32-yə çatıb 5 Aprel 2020, 14:05 Daha 2 ölkədə koronavirus aşkarlandı 5 Aprel 2020, 14:04 Mariya Stadnik Olimpiya reytinq siyahısında ikinci pillədə qərarlaşıb 5 Aprel 2020, 14:02 Bu ölkədə bir gündə 6000-dən çox insan koronavirusa yoluxub 5 Aprel 2020, 13:58 Karantin rejimini pozan Lənkəran sakini həbs edilib 5 Aprel 2020, 13:44